Əsas Səhifə > Partiya, Güney Press > "BMT-dən ciddi təşəbbüs gözləməyə dəyməz"

"BMT-dən ciddi təşəbbüs gözləməyə dəyməz"


6-08-2021, 07:44
"BMT-dən ciddi təşəbbüs gözləməyə dəyməz"
Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasında Moskvanın mövqeyi ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Qarabağ bölgəsində vəziyyətin normallaşması ilə bağlı prioritet 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların həyata keçirilməsidir. Vurğulanıb ki, Kreml Qarabağ məsələsində Qərb strukturlarının iştirakına qarşı çıxmır: “BMT agentliklərinin, xüsusilə də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin Rusiyanın sülhməramlı əməliyyatının keçirildiyi zonada humanitar fəaliyyətə qoşulmasını faydalı hesab edirik. BMT agentliklərininin mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa koordinasiyalı şəkildə razılaşdırılmalıdır”.

Qərb qurumlarının Rusiya ilə yanaşı bölgədəki proseslərə cəlb olunmasını “Şərq”ə dəyərləndirən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, ortaq fəaliyyət üçtərəfli bəyanatlarda da öz əksini tapıb. Deputat bildirib ki, beynəlxalq təşkilatlar Qarabağdakı humanitar aksiyalarda iştirak edə bilər:

“Amma problem ondadır ki, beynəlxalq təşkilatlar hər zaman olduğu kimi öz zəifliyini ortaya qoyurlar. Qərb ölkələrindən təşkil olunmuş qurumlar dünyanın qaynar nöqtələri ilə bağlı əsaslı addımlar ata bilmir. Ciddi dəstək göstərmirlər. BMT və digər təşkilatlar daha çox bürokratik qurumlara çevrilib. Əsasən öz sistemlərinin və aparatlarının maliyyələşməsi ilə məşğul olurlar. Ona görə də BMT-dən ciddi addım və hansısa təşəbbüs gözləməyə dəyməz. Çünki qurumun müvafiq strukturları Qarabağda, xüsusən insanlarımızın öz yurdlarına geri dönməsi prosesində iş görə bilməyəcəklərini dəfələrlə nümayiş etdiriblər”.


Geri qayıt