Əsas Səhifə > Partiya, Güney Press > "Cənab preziden bildirdi ki biz bu dəhlizlə Bakıdan avtomobilə minib Türkiyəyə gedə bilərik"

"Cənab preziden bildirdi ki biz bu dəhlizlə Bakıdan avtomobilə minib Türkiyəyə gedə bilərik"


16-08-2021, 08:48
"Cənab preziden bildirdi ki biz bu dəhlizlə Bakıdan avtomobilə minib Türkiyəyə gedə bilərik"
“Əsas mesajlar hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərlə bağlı idi. Digər tərəfdən Ermənistanla münasibətlər haqqında fikirlər irəli sürüldü”.

Bizim.Media xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi barədə danışarkən deyib.

Siyasi ekspertin sözlərinə görə, dövlət başçısının bu çıxışı dünyaya mesaj idi:

“Azərbaycanın regional və Ermənistanla münasibətlərini necə görməsi ilə bağlı dünyaya mesajı idi hazırda olan məsələlərlə bağlı gözləntiləri də ifadə edirdi”.

İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına toxunan F. Məmmədov bildirib ki, üçtərəfli bəyanda yolun təhlükəsizliyi ilə bağlı təminat verilib:

“Prezident qeyd etdi ki, Zəngəzur dəhlizinin fəaliyyəti üçün dəmir və avtomobil yolu olmalıdır. Cənab prezident aydınlıq gətirdi ki, sovet dövründəki dəmir yolunun bərpası , həm də yeni bir avtomobil yolu Azərbaycan tərəfindən təklif olunur.

Üçtərəfli bəyanatda qeyd olunur ki, Azərbaycanın bölgələrindən Naxçıvana avtomobillərin gedişi təmin edilməlidir. Buna təhlükəsizlik qarantı verilir.

Bu da bir daha onu göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi deyəndə nəyi nəzərdə tutur və haradan keçəcəyini qeyd edir. Prezident dedi ki bu Mehri vasitəsilədir.

Dəmir yoluna paralel olaraq olmalıdır. Cənab preziden bildirdi ki biz bu dəhlizlə Bakıdan avtomobilə minib Türkiyəyə gedə bilərik. Bu da ona işarə idi ki, Ermənistanın həmin yollara gömrük, fitosanitar nəzarəti Azərbaycan tərəfindən mümkün hesab edilmir.

Geri qayıt