Əsas Səhifə > Partiya, Güney Press > “Tompon bölgə” yaratmaqdan başqa yol qalmır”
“Tompon bölgə” yaratmaqdan başqa yol qalmır”18-08-2021, 08:03 |
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Bu narazılıq müxtəlif səviyyələrdə dəfələrlə gündəmə gəlsə də, Rusiya tərəfi sülhməramlıların fəaliyyətində redaktələrə getməkdə maraqlı olmadı. Buna etiraz olaraq Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına rəsmi xəbərdarlıq etmək məcburiyyətində qaldı. "Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir.Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında belə deyilirdi. Bu bəyanatdan sonra da Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları davam etdi. Bu isə Rusiya sülhməramlılarına edilən xəbərdarlığın nəticə vermədiyi anlamına gəlir. Nəhayət Prezident İlham Əliyev də “CNN Türk” televiziyasına müsahibəsində bu məsələyə münasibət bildirdi və Rusiyaya sülhməramlılarının fəaliyyətindən tam xəbərdar olduğunu dedi. “Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu məsələ 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik”, - deyə Prezident İlham Əliyev belə deyib. Göründüyü kimi, Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti Azərbaycanın maraqlarına cavab vermir. Rusiya sülhməramlıları bu xəbərdarlıqdan nəticə çıxarıb fəaliyyətini 10 noyabr Bəyanatındakı şərtlərə uyğunlaşdırmasa, bundan sonra hansı addımlar atıla bilər? Məsələ ilə bağlı Cebhe.info-ya danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib ki, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı narazılıq əvvəl də vardı: “Əsasən də Azərbaycanın müxalifət düşərgəsi bununla bağlı narazılığını açıq şəkildə bildirir, etiraz edirdi. Hiss olunur ki, hakimiyyət dairələri də bundan narazıdır və müəyyən kanallar vasitəsilə bunu Rusiyaya çatdırırdı. Amma rəsmi narazılığın olduğunu görmürdük. Nəhayət iş o yerə çatdı ki, Prezident İlham Əliyev özü narazılığını ifadə etdi. Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaymışdı. Prezident də “CNN Türk”ə müsahibəsində narazılığını açıq formada dedi. Rusiyaya edilən bu xəbərdarlıq onu göstərir ki, Azərbaycan sülhməramlıların tərəf kimi fəaliyyət göstərdiyini bilir. Ona görə də Azərbaycan yenə öz məsələsini özü həll edəcək. Hesab edirəm ki, belə davam edərsə, yaxın zamanlarda Azərbaycanın antiterror əməliyyatı keçirdiyinin şahidi olacağıq. Çünki başqa çarə qalmır. Ermənistan döyüş meydanında uduzub, bizimlə döyüşə bilməz. Ona görə də başqa bir variant seçib, Azərbaycanı sasırtmağa çalışır. Müəyyən terror fəaliyyəti aparacaq, atəşkəsi pozacaq. Bunların hamısının qarşısını almağın yeganə yolu hərbi əməliyyatlardır. Düşünürəm ki, Azərbaycan irəliləməlidir və Ermənistanın ərazisində “tampon bölgə” yaratmalıdır. Xankəndində isə əli silah tutan nə qədər erməni varsa, hamısı həbs olunmalıdır, məhv edilməlidir və qovulmalıdır”. Azərbaycanın Rusiya sülhməramlılarının fəaliyyətindən imtina etməsinə gəlincə, partiya sədri bildirib ki, bu məsələ gündəmə gələ bilər: “Azərbaycan məsələ qaldırar ki, sülhməramlılar öhdəliklərini pozur. Ermənistan da öhdəliklərini yerinə yetirmədiyi üçün imzalanan bəyanatdan da geri çəkilmək olar. Çünki Rusiya da, Ermənistan da qəbul etdiyi bəzi öhdəlikləri yerinə yetirmir”. Geri qayıt |