Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilərin simasında bizim qarşımızda dünyanın ən məkrli toplumu var"

"Ermənilərin simasında bizim qarşımızda dünyanın ən məkrli toplumu var"


23-08-2021, 08:44
"Ermənilərin simasında bizim qarşımızda dünyanın ən məkrli toplumu var"
“Mənim mövqeyim budur ki, ermənilər ərazilərimizdən getməlidir. Belə olarsa, təxribat və təhlükənin kökü birdəfəlik kəsilər. Mən bunu mümkün sayıram. Hesab edirəm ki, erməniləri Qarabağda məcburən saxlayan, onlara şirin vədlər verən, himayə edən kənar qüvvələr olmasa, separatçı ermənilər bizim ərazilərimizdə qalmaz. Çünki törətdikləri bu qədər təxribatlardan, qırğınlardan, soyqırımlardan və vəhşiliklərdən sonra onların Qarabağda qalıb bizimlə birgə yaşaması doğru deyil”.

Bu sözləri Reyting.az-a Milli Məclisin əslən Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

Deputatın fikrincə, onun mövqeyi öz yerində, amma beynəlxalq qanunları da gözardı etmək olmaz: “Əlbəttə, beynəlxalq ictimaiyyət, qanunlar mövcuddur. Prezidentimiz Kəlbəcər-Laçın səfəri zamanı, elə “CNN Türk” telekanalına müsahibəsində də açıq dedi ki, bizim ərazimizdə kimsə yaşayırsa, bizim vətəndaşımız olmalı, Azərbaycan dövlətinin qanunlarına əməl etməli, cəmiyyətə inteqrasiya olunmalıdır. Belə olmasa, Azərbaycan ərazilərində bir erməni qala bilməz”.

E. Məmmədov əlavə edib ki, Azərbaycan mediasında yayılan məlumatlara görə, bir neçə erməni Şuşadakı əsgərlərimizə yaxınlaşaraq Azərbaycan vətəndaşlığını qəbul etmək və ölkəmizdə işləyib yaşamaq arzularını dilə gətiriblər: “Məncə, burada bir neçə variantın olması mümkündür. Əvvəla, bu, əlacsızlıqdan ola bilər. Çünki yesir günündə yaşayırlar. Digər variant odur ki, tülkü donuna girmiş canilər kimi gələcək qanlı terror planlarını hazırlamaq istəyirlər. Yəni ermənilərin simasında bizim qarşımızda dünyanın ən məkrli toplumu var”.

E. Məmmədov qeyd edib ki, indi ermənilərin yaşadığı tarixi Azərbaycan torpaqlarında ömrünün 42 ilini keçirib. Onun sözlərinə görə, hazırda orada qalan 20-25 min erməni yemək, təminat, işləmək istəyir. Əgər sülhməramlılar onları təmin etməsə, onlara humanitar yardım göstərməsə, orada bir erməni də qalmaz. “Onlar vətənsiz toplumdur, onlar üçün harada yaşayış yaxşıdırsa, ora vətəndir. Bu gün Xankəndi və digər torpaqlarımızda məcburən qalırlar”, - E. Məmmədov əlavə edib.


Geri qayıt