Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər:

Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər:


30-08-2021, 11:56
Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər:
“Deputat status yazmamalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “LAF TV”- yə qonaq olan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Belə ki, Gəncədə yerləşən psixiatriya klinikasından qaçaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə icazəsiz daxil olan hərbçimiz barədə münasibət bildirən partiya rəhbəri, millət vəkili Aqil Abbasın ünvanına da sərt fikirlər səsləndirib:

“Bir deputat status yazmamalıdır. Millət vəkilinin Müdafiə Nazirliyə sorğu göndərmək imkanı var. Mənim əlimdə səlahiyyət yoxdursa, status yaza bilərəm. Guya sən milləti təmsil edirsən, dövlət orqanlarına müraciət edə bilərsən. Lakin sən status yazırsan. Daha nə oldu? Belə olan halda, səninlə adi kəndli arasında nə fərq var?”

Geri qayıt