Əsas Səhifə > Partiya, Güney Press > Qəbələ RLS Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilsin
Qəbələ RLS Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilsin9-09-2021, 08:07 |
“Qəbələ Radiolokasiya Stansiyası”nın (RLS) Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilməsi mümkün olan haldır”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev söyləyib. Partiya sədri Türkiyə-Azərbaycan ordusunun daim bir yerdə olmasını arzuladığını diqqətə çatdırıb: “Rusiya Ermənistanla birgə ortaq ordu yaradıb. Türkiyə və Azərbaycan niyə belə bir ordunu formalaşdırmasın ki?. Nə üçün potensiallarımızı birləşdirməyək? Hesab edirəm ki, əlimizdə olan imkanların hamısını Türkiyənin ixtiyarına vermək doğrudur. Çünki qardaş ölkə müharibə zamanı əlindəki bütün imkanları Azərbaycana verdi. Müharibədən sonrakı dönəmdə də hərbi sənaye kompleksinin inkişafı üçün tədbirlər görülür. Məncə, Qəbələ RLS-in Türkiyənin Havadan Hücum müdafiə qüvvələrinə verilməsi səmərəli proses olar. Bu, Azərbaycanın müdafiə sisteminin möhkəmlənməsi və iki ölkənin ordusunun birgə inkişafı üçün lazımlı addım olar”. Geri qayıt |