Əsas Səhifə > Partiya, Güney Press > Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq
Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq10-09-2021, 08:11 |
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib. İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq. Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb. YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib. Geri qayıt |