Əsas Səhifə > Partiya, Güney Press > Siyasi partiyalarla görüşdə SSRİ bayrağı qalmaqal yaratdı
Siyasi partiyalarla görüşdə SSRİ bayrağı qalmaqal yaratdı11-09-2021, 10:52 |
“Bir tərəfdə SSRİ Azərbaycanını bərpa etmək istəyən Azərbaycan Kommunist Partiyasının nümayəndəsi, bir tərəf də isə mən - ölkənin müstəqilliyini müdafiə edən Azərbaycan Demokrat Partiyası sədri. İkimiz bir yerdə həmrəylik nümayiş etdirməliyik. Bu necə mümkündür?! Vaxtilə onlar deyirdilər ki, Qarabağın açarı Moskvadadır, mən isə iddia edirdim ki, İlham Əliyevdədir. Biz indi necə bir yerdə oturub həmrəylik nümayiş etdirə bilərik?!” Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiya rəhbərlərinin videoformatda görüşü zamanı Azərbaycan Kommunist Partiyasının rəhbərinin SSRİ bayrağını təbliğ etməsinə öz etirazı barədə danışarkən deyib. S.Cəlaloğlu bildirib ki, siyasi partiyaların həmrəyliyi vacib olsa da, burada bir sıra məsələlərə diqqət etmək lazımdır: “Deyirlər ki, SSRİ-ni yaratmaq istəyən partiya ilə ölkənin müstəqilliyini istəyən partiya qanun qarşısında bərabərdir. Mən isə hesab edirəm ki, SSRİ-ni yaratmaq istəyi anti-konstitusion addımdır, çünki Konstitusiyanın birinci bölməsində Azərbaycan müstəqil dövlət olduğu qeyd edilib. Etirazımın səbəbi odur ki, Sovet dövrü Azərbaycanın ən ağır, məşəqqətli dövrünə təsadüf edir. Xocalı faciəsi, 20 Yanvar hadisələri SSRİ qoşunları tərəfindən törədilib. Bu quruluş ölkəni çar Rusiyasından da daha ağır şərtlərlə köləliyə salıb. 1990-cı illlərdə isə köləlikdən azad olun SSRİ-ni tarixin arxivinə yollamışıq. Məhz SSRİ dövründə Azərbaycan torpaqları özümüzdən alınıb ermənilərə, gürcülərə verilib, rusları özlərinə götürüb. Həmin vaxtlarda xalqımıza qarşı elə ağır cinayətlər törədilib ki, indi SSRİ bayrağını asıb quruluşu təbliğ etmək xalqa xəyanətdir”. ADP sədri qeyd edib ki, Prezident Administrasiyası ilə görüşü müsbət qiymətləndirir: “Bunu iqtidarın müxalifətə münasibətinin müəyyən mənada yumşalması kimi dəyərləndirirəm”. Geri qayıt |