Əsas Səhifə > Partiya, Güney Press > "Biz də Bakının mərkəzində Rusiyanın düşmənlərinə heykəl qoyaq"
"Biz də Bakının mərkəzində Rusiyanın düşmənlərinə heykəl qoyaq"21-09-2021, 08:32 |
“Ermənilər Rusiyanın Samara şəhərində “Artsax” müharibəsində həlak olanlara “əbədi xatirə” adlı abidə ucaldıblar”. Bunu millət vəkili, MCP sədri Razi Nurullayev deyib. Deputat qeyd edib ki, Samarada yaşayan azərbaycanlıların nümayəndələri, diaspora təşkilatları buna sərt etiraz ediblər: “Soydaşlarımızın göndərdikləri məktuba gələn rəsmi cavab budur ki, şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur. Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq. Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq. Deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib. Rusiyaya səslənirəm, bu xoşunuza gələrmi? Səfirlik və Diaspora Komitəsi bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir. Mən Milli Məclisin deputatı və Milli Cəbhə Partiyasının rəhbəri kimi kəskin etirazımı bildirirəm. Rusiya tərəfindən o yaramaz abidənin götürülməsini tələb edirəm”. Geri qayıt |