Əsas Səhifə > Partiya, Güney Press > “Sülhməramlıları Qarabağdan beş günə çıxara bilərik”
“Sülhməramlıları Qarabağdan beş günə çıxara bilərik”27-09-2021, 17:56 |
Azərbaycan Prezidenti İlham Əliyev Laçın dəhlizində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən danışıb. İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Azərbaycan bəzi məsələlərlə bağlı Rusiyaya haqlı etirazlarını çatdırır. “Bununla belə, mən Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirirəm. Əlbəttə ki, bizim məmnun qalmadığımız məsələlər də var, şikayətlərimiz də var”, - deyən İlham Əliyev əlavə edib ki, Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşları qeyri-qanuni şəkildə daxil olur: “Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik. Çünki Qarabağ bizim ərazimizdir. Bizim icazəmiz olmadan o bölgələrə xarici vətəndaş və ya heç bir avtomobil girə bilməz. Ancaq deyə bilərəm ki, bu məsələ hələ də tam olaraq həll edilmədi. Onu da bildirməliyəm ki, əcnəbi vətəndaşların Qarabağa qanunsuz girişi halları kifayət qədər azalıb. Bizim siyasətimiz və israrlarımızın nəticəsi ilə bu prosesə də son verilir”. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə tam şəkildə hörmət edilməlidir. “Onsuz da yüksək vəzifəli Rusiya rəsmiləri də Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edirlər. Bu vəziyyətdə Qarabağda xidmət edən hərbçilər də (sülhməramlıları nəzərdə tutur - red.) fəaliyyətlərini bu açıqlamalara uyğun şəkildə həyata keçirməlidir”. Sülhməramlıların Qarabağakı fəaliyyəti barədə “Sherg.az”a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun fikrincə, onların “şıltaqlıqlarına” göz yummaq olmaz: “Rus hərbçilərini Qarabağdan qovmaq lazımdır. Biz ilk gündən deyirdik ki, sülhməramlı paltarı ilə işğalçılıq etmək olmaz. Xalqın bu məsələdə də bir olacağına inanıram. İstəsək sülhməramlılara Qarabağdan nəinki beş ilə, beş günə də çıxara bilərik. Sadəcə siyasi iradə lazımdır”. Geri qayıt |