Əsas Səhifə > Partiya, Güney Press > “Human Rights Watch”un növbəti qərəzi:
“Human Rights Watch”un növbəti qərəzi:30-09-2021, 16:28 |
“Human Rights Watch” təşkilatı Azərbaycanla bağlı qərəzli bəyanatlarını davam etdirir. Sözügedən təşkilat Azərbaycanın “erməni əsirləri” saxladığı, onlarla pis rəftar edildiyi və hətta işgəncə verildiyinə dair çox absurd iddialar səsləndirib. Bütün dünya gördü ki, Azərbaycan 44 günlük müharibədə tam ədalətli davranıb, bütün humanizm prinsiplərinə tam əməl edib. Müharibə zamanı əsir götürülmüş bütün ermənilər geri qaytarılıb. Müharibədən bitdikdən 16 gün sonra Azərbaycana qarşı təxribat törətmək istəyən 62 nəfər isə diversantlardır. Həmin terrorçular müharibə bitdikdən sonra 4 əsgərimizi şəhid edib. Onlar müharibə bitdikdən və üçtərəfli razılaşma imzalandıqdan sonra ərazilərimizə qanunsuz şəkildə daxil olduqları üçün hərbi əsir hesab olunmur. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi onların bəzilərini də geri qaytarıb. Qalanlar barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq hüquqi tədbirlər görülür. Hazırda ölkəmizdə erməni əsir yoxdur. Lakin Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş 4000 -ə yaxın azərbaycanlının taleyi barədə hələ indiyə qədər məlumat almaq mümkün olmayıb. Özünü tərəfsiz kimi təqdim etməyə cəhd edən beynəlxalq hüquq müdafiə təşkilatları isə hətta insan taleyinə də ikili standartlardan yanaşır və beləliklə Azərbaycana qarşı qərəzlərini ortaya qoymuş olurlar. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlar tərəfindən ikili standartlarla üzləşir: “Azərbaycan və Ermənistan arasındakı münaqişədə beynəlxalq təşkilatların böyük əksəriyəti obyektivlikdən kənar mövqe nümayiş etdirir. Hazırda 4000 azərbaycanlı əsirlə bağlı beynəlxalq təşkilatlar heç bir addım atmayaraq, sadəcə susurlar. Ermənistan tərəfi də bununla bağlı heç bir açıqlama vermir. Azərbaycan bütün erməni əsirlərini geri qaytarıb. Müharibədən sonra terrorçu erməni dəstələri Azərbaycan ərazilərinə qanunsuz daxil olub. Xüsusi əməliyyat nəticəsində ələ keçirilib və həbs olunublar. Heç erməni mətbuatı belə yazmır ki, onlara Azərbaycanda “incidirlər”. “Human Rights Watch” bu informasiyanı haradan alıb? Bu, sadəcə olaraq növbəti qərəzli bəyanatdır”. Geri qayıt |