Əsas Səhifə > Partiya, Güney Press > “Minsk Qrupu fəaliyyətini davam etdirmək istəyirsə...”

“Minsk Qrupu fəaliyyətini davam etdirmək istəyirsə...”


11-10-2021, 09:09
“Minsk Qrupu fəaliyyətini davam etdirmək istəyirsə...”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Emənistan Baş naziri Nikol Paşinyanın görüşünə tərəfdaram. Bu görüşün Azərbaycan və Ermənistan arasında birbaşa keçirilməsini, eyni zamanda Azərbaycan dövlətinin öz vətəndaşları olan ermənilərlə birbaşa əlaqələr qurmasını vacib sayıram”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycan və Ermənistan liderlərinin bir araya gələrək müzakirə aparmasına dair fikirləri, hər iki tərəfin belə görüşlə bağlı müsbət siqnallar verməsini şərh edərkən deyib.

Sülhəddin Əkbər bu görüşü müsbət qiymətləndirsə də, belə görüş və təmaslara üçüncü qüvvələrin müdaxiləsini Azərbaycanın ziyanına sayır.

Partiya sədri əlavə edib ki, həm Amerika, həm də Avropa Birliyi bu görüşə dəstək verir: “ATƏT-in Minsk Qrupu ilə də danışıqlar aparılır. Hazırda Minsk Qrupunun mandatının dəyişilməsi barədə müzakirələr gedir. Əgər Minsk Qrupu fəaliyyətini davam etdirmək istəyirsə, mandatı dəyişdirilməli və əsas mandatı Azərbaycan və Ermənistan arasında sülh yaratmaq olmalıdır. Burada da əsas məsələ 10 noyabrda əldə olunan üçtərəfli razılaşmanın bütün bəndlərinin yerinə yetirilməsi, sərhədlərin delimitasiya və demorkasiyasının aparılması və nəhayət Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və sverenliyinin tanınmasını nəzərdə tutan sülh müqaviləsi olmalıdır”.

S. Əkbər diqqətə çatdırıb ki, bu prosesdə maraqlı olmayan güclər də var: “Bütün anti-türk, Azərbaycan-Türkiyə birliyinin yaranmasını və bizim güclənməyimizi istəməyən qüvvələr bu prosesin əleyhinə olacaq”.


Geri qayıt