Əsas Səhifə > Partiya, Güney Press > "Hamınız aftafa Maqsud kimi ölkəyə gətiriləcəksiniz"

"Hamınız aftafa Maqsud kimi ölkəyə gətiriləcəksiniz"


11-10-2021, 12:24
"Hamınız aftafa Maqsud kimi ölkəyə gətiriləcəksiniz"
"Siyasi partiyaların Şuşa səfəri gözəl oldu. Bu böyüklükdə ərazini dişini qıcıyan qonşuların əhatəsində azad etmək böyük qələbədir. Ömründə bir qarış torpaq azad etməyənlərin ağız büzməsi isə onlara başucalığı gətirmir".

"Ölkə.Az" xəbər verir ki, bunu deputat Razi Nurullyev parlamentin bugünkü plenar iclasında deyib.

Deputat qeyd edib ki, Şuşaya getməkdən imtina etməkdənsə, qələbəyə kölgə salmaqdansa, əməkdaşlıq etdikləri xarici təşkilatlara təsir göstərsinlər:

"Qoy gördükləri işlərdən, göndərdikləri məktublardan danışsınlar. Yoxsa, küncdə-bucaqda xaricilərin xoşuna gələn sözlər danışıb xəyanətə bənzər hərəkətlə xətir-hörmət qazanmasınlar.
Maraqlıdır ki, Azərbaycanda olan 3-4 partiya, bir də xaricdə oturub tərbiyəsizlik edənlər bir günlərini belə Ermənistan lobbisinə həsr etmir. Sivil siyasi mübarizə aparmaq əvəzinə müxalifətçiliyi Prezident İlham Əliyevə qarşı çirkin mübarizə aparmaqda görürlər. Cənab Prezident, digər bütün siyasi və hökumət təşkilatları düşmənlərə qarşı, bunlar isə Prezidentə və hər kəsə qarşı. Məgər biz, burada oturan müxalif siyasi partiyalar mübarizə aparmırıq? Biz siyasi mübarizə aparırıq. Onların dırnaqarası mübarizəsi isə siyasi yox, qarayaxma, gözdənsalma və namərdcəsinə zərbə etdirməkdir.

Savadsız yaramazlar, ailə tərbiyəsi görməyən namərdlər ayın 30 gününün hamısını söyüşə, təhqirə həsr edir. Bir gününüzü də Qarabağa həsr edin. Erməni havadarlarının ofislərinin önündə etiraz edin, piket keçirin.

Maraqlıdır ki, hələ bəzi ölkələr bu yaramaz tərbiyəsizləri müdafiə edir. Zaman gələcək ki, hamınız aftafa Maqsud kimi ölkəyə gətirilib mühakimə ediləcəksiniz. Amma özünə hörmət qoyan bir şəxs belə sizi müdafiə etməyəcək".


Geri qayıt