Əsas Səhifə > Partiya, Güney Press > İstiqlalçı deputatlara status veriləcək?

İstiqlalçı deputatlara status veriləcək?


12-10-2021, 16:41
İstiqlalçı deputatlara status veriləcək?
Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı 1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na səs verən deputatlara imtiyaz verilməli olduğunu deyib.

Onun sözlərinə görə, illərdir istiqlalçı deputatlarla bağlı məsələ qaldırılır, ancaq həll olunmur.

Razi Nurullayev hesab edir ki, həmin deputatlara xüsusi status verilməlidir.

Bununla bağlı Cebhe.info-ya istiqlalçı deputatlardan olan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının lideri İsa Qəmbər danışıb. Sabiq deputat açıqlamasında özü də istiqlalçı deputatlardan olduğuna görə bu mövzuda geniş danışmaq istəmədiyini bildirib:

“Sadəcə bilirəm ki, bu haqsızlığa qarşı uzun illər etirazlar olub. Xüsusən, professor Hacıbaba Əzimov, Firudin Cəlilov, Məryəm Həsənova və digərləri bununla bağlı müraciətlər edib, məhkəmələrə baş vurublar. Amma təəssüf ki, indiyə qədər bu haqsızlıq aradan qaldırılmayıb. Parlamentdə bir neçə deputat, o cümlədən Vahid Əhmədovun həmin məsələni qaldırmasını haqlı hesab edirəm. Qalanını zaman göstərər”.

Eks-deputat xəbərlə bağlı özünün “sevincli” sözünü işlətmək istəmədiyini, sadəcə haqlı və haqsız yanaşma terminlərinə üstünlük verdiyini açıqlayıb. İsa Qəmbər sözügedən mövzu istiqamətində mövqe ortaya qoyan şəxslərin haqlı olduğunu düşünür.



Geri qayıt