Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlinin İran susqunluğu: Ağalar belə istəyir…

Əli Kərimlinin İran susqunluğu: Ağalar belə istəyir…


19-10-2021, 12:25
Əli Kərimlinin İran susqunluğu: Ağalar belə istəyir…
Əli Kərimli hər şeydən danışır, amma İran məsələsi gələndə “susqunluq dövrü” başlayır.

Emosional, ölkə daxilindəki çöp boyda məsələyə belə dərhal reaksiya verən AXCP sədri Azərbaycana qarşı təcavüzkar düşüncənin, təhdid siyasətinin ortaya çıxdığı bir dövrdə özünü çox “təmkinli” aparır. Bu təmkin İrana qarşı AXCP sədrinin loyal münasibətində həmişə özünü göstərib və indi də davam edir. Yəni yeni deyil və çox da uzaq olmayan 90-cı illəri xatırlayanlar bilir ki, Əi Kərimli bircə dəfə də olsun Əbülfəz Elçibəyin sədri olduğu Bütöv Azərbaycan Biriyinin topantılarına qatılmayıb.

AXC-nin Xaqani 33 ünvanında qonşuluqdakı otaqda Bütöv Azərbaycan söhbətləri Əli Kərimliyə heç vaxt xoş gəlməyib. Özü hətta bunu gizlətməyib də. Hər halda Cəbhənin ofisində bu barədə ən müxtəlif söhbətlər dolaşırdı, Kərimlinin İran sevgisi və ümidinin gələcəyə hesablanmış siyasət olduğundan tutmuş şəxsi maliyyələşməyə qədər…

Dövran dəyişdi, Əli Kərimli AXCP sədri oldu, özünü “ana müalifət” elan etdi, ancaq bu “ana müxalifət” ana Vətənə qarşı təcavüzkar dillə danışan İrana qarşı bircə bəyanatı da özünə rəva bilmədi.

Hər kəs və hər şeyin arxasınca bir daş atmağı unutmayan Əli Kərimli üzünü Tehrana tərəf çevirməməklə özünün İranın gözündə “loyal siyasətçi” imicini də formalaşdırmaq istəyir. Əgər müxalifət budursa, Azərbaycana belə müxalifət lazım deyil. Əgər bunu iqtidara qarşı mübarizə sayırsa, bu, iqtidara qarşı mübarizə deyil, millətə, dövlətə, Vətənə etinasız düşüncənin təsdiqidir. Hansı ki, bunu çoxumuz bilirik, Kərimli üçün millət, dövlət yox, şəxsi maraqları önəmlidir. Bunu kimsə kəşf etmir, heç ehtiyac da yoxdur. Sadəcə, adamın danışıqlarını izləmək kifayət edir.

Yəni Kərimlinin “xalq” deyəndə özünü, “narazı kütlə” deyəndə yenə özünü nəzərdə tutduğunu çıxışlarını izləməklə görmək mümkündür. Əsl müxalifət dövlətə qarşı olmur, əsl müxalifət dövlətçi olur, dövlət və millət marağı ortaya gələndə, bütün şəxsi yanaşmaları kənara qoyub dövlətinin yanında olmağı bacarır və buna görə də cəmiyyətdə siyasətçi kim tanınır, qəbul edilir, tərəfdar toplayır, siyasi mübarizəsini dövlət və millətə qarşı yox, iqtidara qarşı aparır. Bunun nümunəsini Azərbaycanda 44 günlük Vətən müharibəsində gördük. Hərçənd onda da Əli Kərimli üçün bu müharibə Vətən müharibəsi deyildi…

Əli Kərimli bacarıqlı və təcrübəli siyasi oyunbaz kimi bu susqunluğunu da malalaya bilərdi. Amma görünür, sərhədin o tayındakı ağalar mala istəmir, elə birbaşa mövqe gözləyir, Kərimlinin Azərbaycan-İran gərginliyindəki mövqeyi isə susmasdır. Buna görə də Əli Kərimlinin indiki susqunluğu onun mübarizə dəst-xəttinə bələd olanlar üçün heç də təəccüblü deyil. Necə deyərlər, əsl Əli Kərimli ilə üz-üzəyik…

Cebhe.info

Geri qayıt