Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistana baş qaldırmağa imkan vermək lazım deyil"

"Ermənistana baş qaldırmağa imkan vermək lazım deyil"


9-11-2021, 10:33
"Ermənistana baş qaldırmağa imkan vermək lazım deyil"
“Ermənistan 1918-ci ilin aprelindən torpaqlarımıza sahib olandan 103 illik tarix boyu Azərbaycanın torpaqlarını ələ keçirmək üçün yüz əməldən çıxıb. İkinci dünya müharibəsindən sonra Suriya və yaxın şərq ölkələrindən yüz minlər insanı Ermənistana gətirib və o sayda azərbaycanlını 1000 illərlə torpağı olmuş vətənlərindən çıxarıb. Azərbaycan torpaqlarına ikinci hücum 1960-cı illərdə başlayır. Atatürk-Lenin sazişi olmasaydı, Naxçıvanı Xruşşov Mikoyanla birlikdə Ermənistana hədiyyə vermək ərəfəsində idi. Azərbaycanlıların torpaqlarının işğal edilməsinin növbəti tarixi 1987-ci ildən başlayır. Ermənistan azərbaycanlıları kütləvi şəkildə dədə baba torpaqlarından çıxarmağa başladılar. 1988-ci ilin axırında artıq Ermənistanda bir azərbaycanlı belə qalmamışdı. Bu proseslər Ermənistanın Azərbaycanla sərhəd rayonlarında baş verirdi. Azərbaycanın liderləri özlərini yazıq pişik kimi aparırdı, nəinki bu işğala qarşı dayanmadı, qovulmuş azərbaycanlıları Qarabağda yerləşdirməyə belə cəhd etmədi”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.

“1993-cü ilin birinci yarısında Ermənistan Azərbaycanın artıq 20 faiz torpaqlarını işğal etmişdi. 1998-ci ildən Ermənistan lovğalanır və axırda 2020-ci ildə “Qarabağ bizimdir.” dedi. Azərbaycanın 44 günə çaldığı qələbə lovğalığa verilmiş ibrət dərsi oldu. Ermənilər harada yaşamaq rahatdır, oraya qaçan millətdir. Onlar köçəri quş xarakterli millətdir. Ermənilərin indiki Ermənistanda ilişib qalmaları 50 ildən artıq çəkməz, bu müddətdə Rusiya əhalisinin sayı da 125 milyondan artıq olmayacaq. Yəni Ermənistana köçürəcək insan resursu olmayacaq. O biri tərəfdən Çinin vassalına çevriləcək. Bir sözlə, 50 ilə sayı azı 17 milyona çatacaq azərbaycanlıların azı 5 milyonu yenidən ana torpaqlarına, yəni, İrəvan başda olmaqla, Zəngəzur və başqa yerlərə qayıdacaq. 8 noyabr sadə Zəfər bayramı deyil, yuxarıda verdiyim proqnozun startıdır. Bu proses belədə gedəcək, sadəcə olaraq, Ermənistana baş qaldırmağa imkan vermək lazım deyil. Müharibə aparmağa ehtiyac yoxdur. Azərbaycan öz qüdrətini nümayiş etdirməli və ermənilərə işləməyə imkan yaratmalıdır. Azərbaycan vətəndaşı kimi... Zəfər bayramı Azərbaycanı total Zəfərə aparan yolun başlanğıcıdır” – R.Quliyev qeyd edib.

Geri qayıt