Əsas Səhifə > Partiya, Güney Press > “Hökumət büdcədə nəzərdə tutulmayan xərcləri ödəyə bilməyəndə xalqın cibinə girir...”

“Hökumət büdcədə nəzərdə tutulmayan xərcləri ödəyə bilməyəndə xalqın cibinə girir...”


19-11-2021, 15:06
“Hökumət büdcədə nəzərdə tutulmayan xərcləri ödəyə bilməyəndə xalqın cibinə girir...”
Son aylar Qarabağda və Ermənistanla sərhəddə yaranmış gərginlikdən əlavə, Azərbaycan xalqını narahat edən daha bir məsələ ölkədə varlılarla yoxsullar arasında yaranan ifrat sosial ədalətsizlik şəraitində qiymətlərin də çox vaxt heç bir iqtisadi əsas olmadan artması və buna müqabil hökumətin suyun, enerji daşıyıcılarının qiymətini, nəqliyyat tariflərini, bəzi sahələrdəki dövlət rüsumlarını və s. artırmaq meylidir.

AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov mövzu ilə bağlı Moderator.az əməkdaşının sualını konkret və lakonik cavablandırıb.

"Hesab edirəm ki, bu tədrici bahalaşmanın, qiymət, rüsum artımının əsas bir səbəbi var. Hökumət iqtisadi-sosial sahədə, xalqın rifahını yüksəltmək sahəsində öz üzərinə düşən vəzifələri normal şəkildə yerinə yetirə bilməyəndə, dövlətin üzərinə düşən artıq xəcləri ödəyə bilməyəndə, bir sözlə çətinə düşəndə bunun ən asan yolunu tapır - ziyanı xalqın cibindən çıxarmaq... Bunun sadə izahı var. Koronavirus pandemiyasına görə büdcəyə dəyən zərər, 2020-ci ildəki Qarabağ müharibəsinin vurduğu ziyan, təbii, yaxud texnogen fəlakətlərin vurduğu ziyan və digər büdcədə nəzərdə tutulmayan xərclərin yerini doldurmaq üçün xalqın cibinə girirlər, yoxsul vətəndaşların qazancına göz dikirlər. Bunun başqa adı yoxdur. Müvafiq hökumət qurumları, nazirliklər vəzifələrini düzgün, vicdanlı şəkildə yerinə yetirsələr və büdcəni də normal şəkildə qanuni yollarla doldursalar, xalqın cibinə girməyə ehtiyac olmaz” –deyə istiqlalçı deputat vurğulayıb.

Geri qayıt