Əsas Səhifə > Partiya, Güney Press > "Sərhəd məsələsi tezliklə həll olunmayacaq"
"Sərhəd məsələsi tezliklə həll olunmayacaq"24-11-2021, 08:59 |
Regionda cərəyan edən proseslər özünün gərginliyi ilə diqqət çəkir. Maraqları dövlətlər bütün gücü ilə regiondakı proseslərdən kənarda qalmaq istəmirlər. Bu vəziyyət, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində nəzərdə tutulan görüşü çərçivəsində bir daha qabarıb. Bu istoqamətdə hafta.az-a müsahibə verən Azərbaycan Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər maraqlı nüanslara diqqət çəkib. -Sülhəddin bəy, xəbər verildiyi kimi Avropa Şurası Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşdürülməsində vasitəçi kimi önə çıxıb və rəsmilərin dekabrın 15-də görüşü gözlənir. Bu faktor Rusiyanın bu prosesdən kənarda saxlanması görüntüsünü yaratmaqla yanaşı, regionda hansı geopolitik reallığı ortaya qoyur? -Bu görüş formal xarakter daşıyacaq. Avropa Şurasıı yenə bəyan edəcək ki, onlar da bu prosesə qoşulub, təşəbbüsləri müsbət nəticə verib. Mən Azərbaycanın gözləntiləri baxımından bu görüşdə hər hansı bir nəticənin olacağını düşünmürəm, prosesdə heç bir irəliləyiş olmayacaq. Unutmayaq ki, bu proses hər zaman siyasi - doplomatik müstəvidə ya Rusiyanın inhisarında olub, ya da üstünlüyü ilə keçirib. Üstəlik Rusiya silahlı qüvvələrinin Azərbaycanda yerləşdiyi və ortada üçtərəfli bəyanatın olduğu bir vaxtda Avropa İttifaqının belə bir görüşü keçirməklə Rusiyanı üstələyəcəyini düşünmək qeyri-ciddi yanaşmadır. -Təbii olaraq, Ermənistan kapitulyasiyaya imza atandan sonra Azərbaycan tərəfi sülh sazişinin bağlanmasını, sərhədlərin müəyyənləşməsi, delimitasiya və demorkasiyası prosesini sürətləndirmək istəyir. Bu proses Azərbaycanın istəklərinə uyğun cərəyan edir, yoxsa yenə erməni iddiaları hesaba alınır? -44 günlük savaşdan sonra yaranmış vəziyyət çox tərəfi razı salmayıb. Hətta öz silahlı qüvvələrini “sülhməramlı” adı ilə Azərbaycana soxan Rusiya belə, yaranmış vəziyyətdən tam razı qalmayıb. Ona görə də diqqət edirsizsə, hətta Putinin imzası olan sənədlərin yerinə yetirilməsi yubadılır. Bunun da birinci səbəbi ondan ibarətdir ki, bütün xiristian dünyası, Rusiya və Fransa başda olmaqla, yaranmış vəziyyətdən narazıdır. Eyni zamanda İran kimi vəziyyətdən narazı qalan qüvvələr də var. Ona görə də üçtərəfli bəyanatların yerinə yetirilməsi, o cümlədən sülh sazişinin imzalanması uzadılacaq. Çünki sülh sazişinin bağlanması Ermənistanın həm Azərbaycan, həm Türkiyə ilə barışması bütün nəqliyyat, ticarət, iqtisadi kommunikasiyaların açılması deməkdir. O zaman Rusiya silahlı qüvvələri avtomatik olaraq Azərbaycandan çıxmalıdır. Artıq barış olandan sonra sülhməramlıya ehtiyac qalmır. O cümlədən Ermənistandan da Rusiya silahlı qüvvələri çıxmalıdır. Çünki Ermənistan bu qüvələri əsasən türk qorxusuna görə saxlayıb. Barış olandan sonra bu qüvvələrə nə ehtiyac var. Rusiya da bunu çox gözəl bilir. Rusiya maksimum çalışacaq ki, bu gərginlik, münasibətlərdəki düşmənçilik maksimum qalsın və həm Ermənistanda, Azərbaycanda qalması üçün də şərtlər ortadan qalxmasın. Eyni zamanda Fransa, İran, ABŞ-dakı müəyyən erməni dairələri, erməni lobbisi regiondakı vəziyyətin hüquqi baxımdan təsbit olunmasını istəmirlər. Revanşist planlar üzərində işləyirlər. O baxımdan da demorkasiya, delimitasiya prosesinin tezliklə həll olunacağını düşünmürəm. Sərhədlərin müəyyənləşməsi prosesi başlaya bilər, amma uzun illər çəkə bilər. Və yaxud sülh razılaşması 30-40 il çəkə bilər. Azərbaycan cəmiyyətində yanlış bir fikir var ki, danışıq başlayan kimi sərhədlər müəyyən olunacaq, sülh müqaviləsi olacaq, bütün yollar açılacaq və sovet dövründə olduğu kimi Azərbaycan və ermənistan xalqları dinc-yanaşı yaşıyacaqlar. Bu çox uzun çəkəcək bir prosesdir və biz bu əsəb müharibəsinə hazır olmalıyıq. -Ermənistan kapitulyasiyaya imza atıbsa və üçtərəfli atəşkəs bəyanatına görə müddüəlar tez bir zamanda yerinə yetirilməlidirsə, necə ola bilər ki, proses bu qədər uzun çəksin? -Anlamaq lazımdır ki, Rusiya sülh sazişində, sərhədlərin müəyyənləşməsində maraqlı deyil. Rusiyanın marağı odur ki, nə sülh olsun, nə müharibə. Bu münaqişə vəziyyəti davam eləsin, barış olmasın. Barışın olacağı təqdirdə Rusiyaya olan ehtiyac ortadan qalxır. -Azərbaycan-Ermənistan rəsmilərinin Avropa Şurasının vasitəçiliyi ilə görüşdürülməsi həm də ATƏT-in Minsk Qrupu dövlətlərinin aktivləşdirilməsinə yönələn bir proses kimi dəyərləndirilə bilər? -Bu, proses həmin dövlətlərin öz maraqları çərçivəsində normaldır. ABŞ, Fransa prosesdən kənarda qalıblar və 44 günlük müharibədən sonra müttəfiq və tərəfdaş olan Türkiyə və Azərbaycanın yaratdığı reallıqdan narahatdırlar. Konfliktin həlli ilə bağlı yaranan de-fakto durumdan narahat olmaqla yanaşı, Rusiyanın inhisarçılığından da narahatdırlar. Bu baxımdan da aktivlik göstərmələri başa düşüləndir. Lakin hətta ATƏT-in Minsk qrupu regiona yenidən aktivləşsə də, formal xarakter daşıyacaq. Şünki bu dövlətlərin regionda aktivləşməsinddə Rusiya da maraqlı deyil. O baxımdan da Rusiya bu prosesdə oyun oynamaqda davam edəcək. Bu baxımdan nəzərə alın ki, bütün xiristian dünyasının bir məsələdə maraqları üst-üstə düşür. Bu da Qarabağda yaşayan ermənilərə statusun verilməsi məsələsidir. -Zəngəzur dəhlizi, kommunikasiyaların açılmasında Rusiya maraqlıdır, Ermənistan buna qarşı etirazla çıxış edir. Bəlli.. Sərhədlər müəyyən olunmadan dəhlizin açılması regiona nə verəcək? -dediyim kimi, sərhədlərin müəyyən olunması ilə bağlı danışıqlara başlaya bilərik. Bu çox uzun prosesdir. Amma kommunikasiyaların açılması üçtərəfli bəyanatda da razılaşdırılıb. Burda de-fakto yolun açılması üçün Türkiyə də çox maraqlıdır və bu, Rusiya-Türkiyə, Türkiyə-Ermənistan münasibətlərində prioritetə çevrilib. Hər şey dünyada və regionda gedən geosiyasi, geoistisadi, geostrateji məsələlərdən asılıdır. Biz bu məsələyə yalnız Azərbaycan-Ermənistan arasında gedən proseslər, yaxud da Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi müstəvisində baxsaq yanılarıq. Burda Azərbaycan çalışmalıdır ki, maraqlı olan oyunçuları bu prosesə cəlb eləsin. Geri qayıt |