Əsas Səhifə > Partiya, Güney Press > "Bu xalqın aqibəti fərqli ola bilməzdi"
"Bu xalqın aqibəti fərqli ola bilməzdi"30-11-2021, 08:17 |
“Ermənistanın bütün mənalarda rəzil vəziyyətə düşməsinin başlıca səbəbi erməni xalqının daimi şizofrenik vəziyyəti ilə bağlıdır. Proseslərin məntiqini bu və ya digər səviyyədə dərk edən bəzi ermənilər tarix boyu əzildiklərini, nəticədə bir şey əldə bilmədiklərini etiraf edirlər. Əslində belə də olmalıdır. Sağalmaz şəkildə xəstə psixologiyaya malik olan, hər zaman dağıdıcılığı, vandalizmi, terror fəaliyyətinin əsas istiqaməti kimi nümayiş etdirən bir xalqın aqibəti fərqli ola bilməzdi”. Bu sözləri “Şərq”ə millət vəkili, politoloq Elşad Mirbəşir deyib. O bildirib ki, regionda maraqları olan istənilən dövlətin erməniləri ilk növbədə alət kimi görməsi təsadüfi deyil: “Çünki region xalqlarından yalnız ermənilərin genetik kodunda qeyri-erməni olan hər bir kəsə münasibətdə yırtıcılıq, vəhşilik hissləri var. Vaxtilə rus tədqiqatçısı Veliçko yazırdı ki, ermənilər Qafqazda qeyri-erməni olan hər kəsi, hətta rusları da məhv etməyə hazırdır. O qeyd edirdi ki, Azərbaycanın Tərtər kəndində rusların yaşadığı əraziyə erməni həkim göndərilir. Bu həkim də tam əks müalicə apararaq, xəstələrin ölməsi üçün əlindən gələni edir. Bu zaman “gəbərin, rus köpəkləri” ifadəsini işlətməkdən də çəkinmirdi”. Politoloq bildirib ki, ermənilərin bu xarakterinin planetar təhlükə olduğu şübhəsizdir: “Bu xəstə xalq başa düşmür ki, qonşu xalqlara, xüsusilə də Azərbaycan xalqına qarşı barışmaz düşmənçiliyi nəticədə özlərinə baha başa gəlir. Yəni ermənilər özləri özlərinə qəsd edirlər və bunu dərk etmirlər. “Ərik ölkəsi” partiyasının rəhbəri Zaruyi Postancyan özünün nə dərəcədə mənəvi deqradasiyaya uğradığını nümayiş etdirərək xalqımıza qarşı olduqca təhqiramiz ifadələr işlətməyə cəsarət edib. Növbəti dəfə müşahidə edirik ki, rasizm, faşizm ermənilərin qanındadır və onları xilas etmək mümkün deyil. Bu başıpozuq xalqı hərəkətləndirən yalnız bir amil var - azərbaycanlılara nifrət. Bununla da ermənilər həm də dünyaya nümayiş etdirirlər ki, onlar dinc-yanaşı mövcud olmaq mədəniyyətindən çox-çox uzaqdırlar. Amma Vətən müharibəsinin dərsi əsrlərlə ermənilərin yaddaşında qalacaq. Nəticə çıxarmasalar, dövlət və xalq olaraq mövcudluqları sual altında qalacaq. Onsuz da Ermənistanın baş tutmamış dövlət statusu getdikcə möhkəmlənməkdədir”. Geri qayıt |