Əsas Səhifə > Partiya, Güney Press > "İndi də heç kim tələb etmir ki, 10 noyabr sazişinin tələblərini icra etsin"
"İndi də heç kim tələb etmir ki, 10 noyabr sazişinin tələblərini icra etsin"4-12-2021, 09:42 |
Ciddi bir gözləntim yoxdur. Qarabağ problemini birdəfəlik və beynəlxalq hüquq çərçivəsində həll etmək üçün Rusiya ilə danışmalı, onu problemin həllinə razı salmalıyıq. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində Azərbaycan və Ermənistan liderlərinin 15 dekabr Brüsseldə baş tutacaq görüşü haqda bildirib. Q.Həsənquliyev qeyd edib ki, BMT qətnamələrini yerinə yetirməyi 30 il ərzində Ermənistandan tələb edən olmadı: “İndi də heç kim tələb etmir ki, 10 noyabr sazişinin tələblərini icra etsin. Bizdən və Tükiyədən başqa bütün maraqlı tərəflər “nə hərb, nə sülh” mövqeyindən çıxış edir. Azərbaycan Brüsseldə onu edə bilər ki, ermənilər və qərbli havadarları rus sülhməramlılarına güvənib, danışıqları daha 30 il davam etdirməyə imkan verməyəcəyimizi başa düşsünlər. Rahat yaşamaq və ölkələrini inkişaf etdirmək istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdırlar. Bundan sonra kommunikasiyalar açıla bilər. Ermənistan bunu etməsə, Azərbaycan Laçın dəhlizi daxil, bütün sərhəd boyunca nəzarəti öz əlinə almalıdır”. Geri qayıt |