Əsas Səhifə > Partiya, Güney Press > Rusiya Xankəndi şəhərində ruslaşdırma siyasəti aparmaq istəyir
Rusiya Xankəndi şəhərində ruslaşdırma siyasəti aparmaq istəyir9-12-2021, 09:14 |
“Soçi görüşündə rusların məqsədi həm də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşünün əhəmiyyətini aşağı salmaq idi. Ruslar sülh müqaviləsinin imzalanmasına imkan vermək istəmirlər. Soçi görüşündən sonra Azərbaycan və Ermənistandakı bəzi hadisələr Brüsseldə hansısa vacib qərarın qəbulunu əngəlləyir. Bu, Azərbaycanda hərbi helikopterin qəzası, Tofiq Yaqublu olayı, erməni təxribatı və sairdir. Ermənistanda da bəzi hadisələr baş verdi”. Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədrinin iddiasına görə, Rusiyanın Azərbaycan və Ermənistandakı “beşinci kolon”u yenə iş başındadır. Bu səbəbdən də o, Brüssel görüşündən müsbət nəticə gözləmir. S. Cəlaloğlu xatırladıb ki, indiyə qədər iki görüş olub, bir görüş isə olacaq: “Mən Soçi görüşünü, Aşqabadda keçirilən görüşü və Brüsseldə gözlənilən görüşü nəzərdə tuturam. Diqqətlə baxsaq görərik ki, Soçi görüşündə Rusiya Azərbaycanı öz tərəfinə çəkmək, Ermənistanı cəzalandırmaq istəyirdi. Brüssel görüşünü təşkil edənlər isə Azərbaycan və Ermənistanı Avropaya istiqamətləndirməyə çalışacaqlar. Aşqabad görüşündə isə əsasən türk dövlətləri iştirak etdi, Azərbaycanın müttəfiqləri orada təmsil olunurdu. Mənim qənaətimcə, Azərbaycan üçün ən uğurlu görüş Aşqabadda oldu. Aşqabadda İlham Əliyev Türkiyə, Pakistan, İran və digər dövlətlərin prezidentləri ilə bir araya gəldi, münasibətləri müzakirə etdi. Yəni Aşqabad görüşündə Azərbaycanın mövqeyi birmənalı dəstəkləndi. Bu görüş Azərbaycan üçün çox uğurlu oldu. Soçidə buna bənzər heç nəyə rast gəlmədik, düşünmürəm ki, Brüsseldə də rast gələ bilərik”. S. Cəlaloğlu əlavə edib ki, indi Rusiyanın maraqları problemin həllini təmin etmək deyil: “Əksinə, indi Rusiyanın marağı Xankəndi iqtisadi zonasını Azərbaycanın suverenliyinə qaytarmağı ləngitmək, Ermənistan-Azərbaycan arasında münaqişəni uzatmaq və lazım gələrsə, ruslaşdırma siyasəti aparmaqdır. Bu məqsədlə Xankəndində heykəllər qoyurlar, kilsə tikirlər və s. İndi də rus oğlanlarını erməni qızları ilə evlənməyə təşviq edirlər. Rusiyada millətçilik baş qaldırır, imperiya ambissiyaları daha da qabarır”. Geri qayıt |