Əsas Səhifə > Partiya, Güney Press > "Makron fransalıdır, yəni özündən müştəbeh adamdır"

"Makron fransalıdır, yəni özündən müştəbeh adamdır"


16-12-2021, 09:22
"Makron fransalıdır, yəni özündən müştəbeh adamdır"
“Azərbaycan və Erməmistan öz aralarında bütün məsələləri müzakirə edib müəyyən razılıqlar əldə etdikdən sonra Fransa Prezidenti Emmanuel Makron yenidən onun iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünü təşkil etməsi şübhə doğuran məsələdir”.

DİA.AZ-ın pravda.az-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyevin fikrincə, bu görüşün əsas təşkilatçısı Rusiya Prezidenti Vladimir Putindir: “Brüssel görüşləri öncəsi Makron və Putin Qarabağ məsələsini müzakirə etmişdilər. Nə üçün? Niyə məhz Putinin təşəbbüsü ilə? Sual yarana bilinər ki, nə səbəbdən mən bu qənaətə gəlmişəm?

1. Makron fransalıdır, yəni özündən müştəbeh adamdır. Dünya siyasətində çox böyük rolu olduğuna özünü inandırıb. Fransalı liderlər həmişə özündən müştəbeh olublar. Bu ölkənin yeganə bir normal lideri olub, o da Bonapart Napoleondur.

2. Həddən artıq bic ağıl sahibi Putin onun zəif damarını tutub. Ona Merkel gedəndən sonra “Avropanın rəhbəri sənsən. Avropa İttifaqı səninlə razılaşdırmamış heç bir qərar qəbul etməməlidir” deməklə Makronu belə ağılsız hərəkətə yönəldib…

3. Makron Ərdoğanla düşməndir və çox asanlıqla Erməni-Türk sazişini pozmağa ümid edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyev bütün bu gedişatdan kifayət qədər məlumatlıdır. Əminəm ki, Makronun Putinin tapşırığını yerinə yetirməyə imkan verməyəcək. Eyni zamanda, ona da ümid edirəm ki, Paşinyan da Makronun pozuculuq siyasətinə qulaq asmayacaq”.

Geri qayıt