Əsas Səhifə > Partiya, Güney Press > “Nəinki siyasi partiyaların parlamentdə təmsilçilik hüququ pozulur, həm də...”
“Nəinki siyasi partiyaların parlamentdə təmsilçilik hüququ pozulur, həm də...”14-01-2022, 16:24 |
“Son dövrlərdə ABŞ başda olmaqla Qərb koalisiyası demokratiya məsələlərinə ciddi önəm verməyə başlayıb”. DİA.AZ xəbər verir ki, bu fikirləri ölkənin daxili siyasi həyatında müşahidə olunan durğunluğu və fəaliyyət imkanlarını dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib. Onun fikrincə, təqribən iki il əvvəl başlayan açılım prosesinin səngiməsi siyasi mühitin formalaşmasına imkan vermir: “Bu gün ölkədə hər hansı siyasi prosesdən danışmaq üçün əsas yoxdur. Seçki də keçirilmir ki, siyasi partiyalar fəallıqlarını artırsınlar və bununla da cəmiyyətdəki ətalət aradan qalxsın. Bu sırada əlbəttə ki, parlamentdəki boş yerlərə seçkilərin hələ də təyin edilməməsi Konstitusiyanın konkret müddəasının yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, bununla həm də siyasi partiyaların parlamentdə təmsilçilik hüququ pozulur. Çox təəssüf ki, hakimiyyətin siyasi partiyalarla təqribən iki il əvvəl başladığı açılım prosesinin səngiməsi ölkədə normal siyasi mühitin yaranmasına imkan vermir və bu da özlüyündə neqativ tendensiyalarla müşahidə olunur. Mən burada Əli Əliyevin səsləndirdiyi ehtimala görə azadlıqdan məhrum edilməsini xüsusilə önə çəkmək istəyirəm. Onu da qeyd etmək istərdim ki, son dövrlərdə ABŞ başda olmaqla Qərb koalisiyası demokratiya məsələlərinə ciddi önəm verməyə başlayıb və biz bu kontekstdə ayrı-ayrı ölkələrə qarşı təzyiqlərin artmasının şahidiyik. Belə hallar Azərbaycanı da nəzərdə tutulan ölkələrin sırasına əlavə edir. Buna şərait yaradılmamalıdır”. Geri qayıt |