Əsas Səhifə > Partiya, Güney Press > “Qazaxıstanla bağlı məsələ Rusiyanın dünyaya güc nümayişi idi”

“Qazaxıstanla bağlı məsələ Rusiyanın dünyaya güc nümayişi idi”


18-01-2022, 09:59
“Qazaxıstanla bağlı məsələ Rusiyanın dünyaya güc nümayişi idi”
“Qazaxıstana yeridilən qüvvələr bu ölkədə təhlükəsizliklə bağlı iş görmək iqtidarında deyildi. Bu, sadəcə güc nümayişi idi. Nəzərə almaq lazımdır ki, Qazaxıstanın ərazisi Azərbaycan ərazisindən azı 30 dəfə böyükdür. Qazaxıstanın öz ordusu, milli qvardiyası, daxili qoşunlarının sayı yüz mindən çoxdur. Bu halda 2-3 minlik KTMT qoşunu orada nə edə bilərdi? Heç nə!”. DİA.AZ xəbər verir ki, bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov bildirib ki, əslində Qazaxıstan hakimiyyətində - Nazarbayev və Tokayev məsələsində ikitirəlik olub: “Güc strukturları da əmri yerinə yetirib-yetirməməklə üz-üzə qalmışdı. Yəni daxili problemlər də mövcud idi. Rusiyanın bu qərarı da əslində “Biz Tokayevi dəstəkləyirik”,- mövqeyinin nümayişi idi. Bu da müəyyən şərait yaratdı, Qazaxıstanın güc strukturları gördülər ki, güc Tokayevin tərəfindədir. Və başladılar onun əmrini yetirinə yetirməyə.

Nəzərə almaq lazımdır ki, Nazarbayevin səhhətinin, fiziki durumunun qənaətbəxş olmadığı qeyd olunurdu. Nazarbayev qərar vermək imkanını itirməsəydi proses fərqli istiqamətdə gedə bilərdi. Hiss olunur ki, Nazarbayevin işlək vəziyyəti o qədər də yaxşı deyil. Səhv emirəmsə, dekabrın 28-də onu göstərəndə 4 nəfər adam qoluna girmişdi. Bəli, fiziki imkanlar məsələsi var”.

R. Musabəyov qeyd edib ki, KTMT qoşunlarının Qazaxıstana yeridilməsi və sonradan çıxarılması daha çox siyasi xarakterli dəstək idi, nəinki hərbi addım:

“Bəli, bizdə də müəyyən insanlar deyirdilər ki, Rusiya Qazaxıstanı işğal etdi. Bu, inandırıcı deyil. Təsəvvür edin ki, balaca Abxaziyada Rusiyanın 5 mindən çox ordusu var. 2-3 minlik ordu ilə gəlib Qazaxıstanı işğal etmək olar? Məncə, bu, mümkün deyil”.

Deputat sonda əlavə edib ki, Rusiyanın bu addımı həm Tokayevə dəstək idi, həm də Qərbə nümayişi: “Yəni lazım gələndə Moskva qısa zamanda qətiyyətli qərar verərək hərbi dəstəyi kimə istəsə göstərə bilər. Baxın, bizim fəaliyyətimiz nəticəsində orada sabitlik təmin edildi. Bu, Qərb və dünya üçün əzələ nümayişi idi. Və sözsüz ki, Tokayevə də hərbi-siyasi dəstəkdir”.

Geri qayıt