Əsas Səhifə > Partiya, Güney Press > "Bizim cəmiyyətdə qadağanın da faydası yoxdur"

"Bizim cəmiyyətdə qadağanın da faydası yoxdur"


1-02-2022, 08:37
"Bizim cəmiyyətdə qadağanın da faydası yoxdur"
Azərbaycanda ötən gün koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 656 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib. 23 305 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 204, bu günə qədər isə ümumilikdə 6 149 156 test icra olunub. Yenidən fəaliyyət sahələrində müvəqqəti qapanmalara gedilməsinin zəruriliyi gündəmdə müzakirələr yaratmaqdadır. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa danışıb. O bildirib ki, heç bir halda qadağalara getmək olmaz.

Çünki indiki vəziyyətdə qadağa daha çox ziyan vurur: “Bu, psixoloji cəhətdən məsələni daha da ağırlaşdırır. Sadəcə təbliğatla və insanları çəkindirməklə, televiziyalarda yayımlanan sosial reklamlarla maarifləndirmə işi aparmaq olar. Azərbaycanlılar Avropadakılar kimi rahat anlaşılan insanlar deyil. Üzdə hamı bir- birinə xoş görünsə də, gizlində bir- birinin arxasınca danışan cəmiyyətdir. İnsanlar özlərini daha çox mehiban göstərməyə çalışırlar. Guya mehribandılar, bir- birini çox istəyirlər. Buna görə də daha yaxın təmaslarda bir- biriləri ilə görüşürlər və bunun hamısı kənara göstərməkçündür. İstəsək də, istəməsək də bu halı azalda bilməyəcəyik. Heç olmasa, onları maska və digər şeylərlə qorxudub, bundan çəkindirmək lazımdır. Yoxsa başqa yolu yoxdur”.

Deputat bildirib ki, toyda bir musiqi çalınan kimi düşüb ortaya oynayırlar, qucaqlaşırlar, xala, nənə gəlin və bəyi qucaqlayıb öpür:

“Anlamırlar ki, yoluxsalar nə, sağ qalsalar nə olacaq. Ona görə bizim cəmiyyətdə qadağanın da faydası yoxdur. İndiki vəziyyətdə heç bir sahənin müvəqqəti qapadılmasının tərəfdarı deyiləm, əksinə, açıb buraxılmanın tərəfdarıyam”.

Geri qayıt