Əsas Səhifə > Partiya, Güney Press > “Necə olur, deputatın 10 milyon borcu var, amma həbs etmirlər?!”
“Necə olur, deputatın 10 milyon borcu var, amma həbs etmirlər?!”2-02-2022, 08:59 |
“Deputat İqbal Məmmədovun 10 mln. manata yaxın vergi borcu var. Bilirsiz də bu hansı deputatdı, el arasında "Relax İqbal" deyirlər, qəşəng otelləri, restoranları, istirahət mərkəzləri var. 2019-da deputatın oğlu "Relax"-ı yoxlamağa gələn vergi işçilərini döymüşdü”. DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, deputatın şirkətinin milyonlarla vergi borcu var: “2016-da mənə yalandan, tam qurama kağızla 2070 manat vergi borcu yazıb həbs etmişdilər, əlimdə Vergilərin rəsmi, "borcu yoxdur", sənədi olsa da, məhkəmə dedi yox e, var, həbs olunmalıdı. Bəs necə olur ki, deputatın şirkətinin 10 mln. vergi borcu var, amma o hələ də azadlıqdadı, hələ də deputatdı. Ümumiyyətlə, məsələ çox aydındır: Təcili proporsional seçki haqqında qanun qəbul edilməli, deputatların sayı 155 nəfərə qədər artırılmalı, ancaq partiya siyahıları ilə normal parlament formalaşdırılmalıdır. Sonra da hökumət məhz həmin yeni Parlamentdən çıxmalı və sosil-iqtisadi işlərlərlə məşğul olmalıdır, Prezident Dövlət Başçısı, Milli Məclisdən çıxan hökumətin rəhbəri isə hökumət başçısı olmalıdır. Gecikirik, zaman daralır”. Geri qayıt |