Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət haqqında qanun qəbul ediləcəksə, iqtidarın fəaliyyətinə dair də qanun olmalıdır”
“Müxalifət haqqında qanun qəbul ediləcəksə, iqtidarın fəaliyyətinə dair də qanun olmalıdır”3-02-2022, 10:12 |
“Elə fəaliyyət növləri var ki, onlar milli-mənəvi dəyərlər və əxlaq normaları ilə tənzimlənir”. DİA.AZ xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafanın müxalifətin fəaliyyəti haqqında qanunun qəbul edilməsinə yönəlik təklifinə münasibət bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyəti ilə bağlı yeni presdentlər yaratmağa ehtiyac yoxdur: “Ümumiyyətlə, siyasi praktikada analoji halla rastlaşmadığımız üçün müxalifət fəaliyyəti haqqında qanunun qəbulu ilə bağlı irəli sürülən bu təklifin özü belə çox qəribə səslənir. Çünki müxalifətliyi hər hansı bir qanunun çərçivəsinə salmaq onun fəaliyyətinə maneələr yaratmaqdan başqa bir şeyə xidmət etmir. Əgər müxalifətin fəaliyyətinə yönəlik xüsusi qanun hazırlayıb presedent yaradırıqsa, o halda iqtidarın fəaliyyəti haqqında da qanun qəbul olunmalıdır. Etiraf edək ki, heç də bütün fəaliyyətləri qanun çərçivəsinə salmaq mümkün deyil. Elə fəaliyyət növləri var ki, onlar milli-mənəvi dəyərlər və əxlaq normaları ilə tənzimlənir. Digər tərəfdən, müxalif siyasi partiyaların, o cümlədən, başqa siyasi təşkilatların fəaliyyəti siyasi partiyalar haqqında qanunla nizamlanır. Bəlkə Fazil Mustafa bu qanunun adının dəyişdirilməsini təklif edib? Belədirsə, o təklifi müzakirəyə çıxarmaq olardı. Amma bütün hallarda fikrimcə, yeni presdentlər yaratmağa ehtiyac yoxdur. Dediyim kimi, müxalifətin fəaliyyətinə dair qanun olacaqsa, hakimiyyət haqqında da qanun olmalıdır. İnsanlara fəaliyyət göstərmələri üçün daha çox sərbəstlik verilməlidir, nəinki onlara maneələr yaratmaq. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsində belə praktika yoxdur”. Geri qayıt |