Əsas Səhifə > Partiya, Güney Press > "Sizcə, bunların hansı daha təhlükəli üzədurandır?"

"Sizcə, bunların hansı daha təhlükəli üzədurandır?"


16-02-2022, 08:50
"Sizcə, bunların hansı daha təhlükəli üzədurandır?"
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə REAL Partiya arasında yenidən gərginlik yaranıb. DİA.AZ pravda.az-a istinadla xəbər verir ki, partiya funksionerləri bir-birilərinə qarşı ittihamlar səsləndiriliblər.

AXCP sədrinin müşaviri Məmməd İbrahim sosial şəbəkədə REAL Partiyanın sədri İlqar Məmmədovla partiya funksioneri Natiq Cəfərlinin şəkillərini paylaşaraq yazıb: “Sizcə, bunların hansı daha təhlükəli üzədurandır? Bilirəm ki, artıq bunları heç kim ciddiyə alıb, haqlarında bir şey yazmır. Ancaq eybi yox, mən yazacam. Bu da qalsın tarixdə. Adamlar özləri - özlərini bitiriblər. İlqar həbsdə olan zaman nə qədər adam bunlara ümidlə baxırdı. Ən məşhur seçki saxtakarının oğlu da rusdilli mətbuatdan oxuduqlarını yazıb, xalqa özünü iqtisadçı ekspert kimi sırıya bilmişdi. Bəzi normal adamları da taxdıqları maska ilə aldadıb özlərinə qoşmuşdular. Sonra bazar yaranan kimi həmin nüfuzu, ümidləri pula, mandata dəyişdilər. Pul və mandat qazandılar. Ancaq hörməti də, ümidləri də birdəfəlik itirdilər. Nüfuzlarını tam itirdikləri üçün artıq rejimə siyasətçi kimi xidmət göstərə bilmirlər. Sadəcə, üzəduranlıq edirlər. Məncə, Natiq daha təhlükəlidir. İlqar üzəduran olsa da, səmimi üzədurandır. O taleyilə barışıb. Bilir ki, bundan sonra siyasətdə yalnız şər atıb, üzə durmaq işinə yarıya bilər. Çörəyi də, mandatı da ata abdullayevlik etməkdən çıxacaq. Natiq isə üzəduran olmaqla yanaşı həm də çox riyakardır. Adam seçki saxtakarlığında ifşa olunmuş atasını belə danmış adamdır. İstəyir ki, həm müxalifətə şər atıb üzünə durmaqla rejimə xidmət eləsin, həm də adamların az bir qismini olsa da, hələ bundan sonra da bəzəkli sözlərlə aldatmaqda davam etsin. Məncə, üzəduranın da səmimisi riyakarından daha az zərərlidir”.

Geri qayıt