Əsas Səhifə > Partiya, Güney Press > Qərb Azərbaycanda İNQİLAB ETMƏK İSTƏYİR?
Qərb Azərbaycanda İNQİLAB ETMƏK İSTƏYİR?16-02-2022, 09:09 |
“İlham Əliyevin 17 illik hakimiyyəti dövründə - həm 2005, 2013, 2015-ci illərdə Qərb hakimiyyətin gözdən salınması, rəngli inqilabların təşkil olunması, çoxsəviyyəli narazı elektoratın formalaşdırılması üçün ardıcıl və sistemli fəaliyyət həyata keçirib. Bunları isə müxtəlif fondlar QHT-lərin dəstəyi ilə reallaşdırmağa çalışıblar”. DİA.AZ “Yeni Müsavat”a istinadla bildirir ki, haqqın.az portalında dərc edilən araşdırma yazısında belə deyilir. Məqalədə qeyd olunur ki, Qərb QHT-lərinin fəaliyyətinin qadağan olunması və inqilabçı-liberal layihələrin maliyyələşməsinə qarşı fəal mübarizə sayəsində Bakıda çoxillik siyasi sakitlik bərqərar olub: “Siyasi mübarizə əvvəlki nüfuzlarını itirmiş marginal ”cəbhəçilər" və onların tərəfdarları istisna olmaqla, fərqli və hətta antaqonist qüvvələrin təmsilçiləri dinc və nisbətən sivil parlament müstəvisinə daşındı". Bildirilir ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazdakı maraqlarını və mövqelərini gücləndirmək niyyəti Qərbin hazırladığı strategiya ilə ziddiyyət təşkil edir: “Bunu ABŞ-ın aparıcı QHT-si olan, postsovet məkanda daha çox mistik �?’NED’’ abbreviaturası ilə tanınan Milli Demokratiya Fondunun sonuncu hesabatı da təsdiqləyir. ABŞ xüsusi xidməti tərəfindən soyuq müharibənin ”Qızıl əsri"ndə yaradılmış bu təşkilat qarşısına dünyada demokratiyanın yayılması kimi xoşməramlı və humanist məqsəd qoyduğunu bəyan edir. Əslində isə XXI əsrin ximerasına - idarə olunan xaosa xidmət edir. Və ABŞ Konqresi tərəfindən maliyyələşir. Məhz �?’NED’’ Soros institutları ilə birlikdə “Ukrayna iğtişaşı”, “Ermənistan qarışıqlığı”, “Qırğızıstan parlament inqilabı”, “Yaxın Şərq apokalipsisi” kimi proseslərin maliyyələşdirilməsinə cəlb olunub. Bunu isə ABŞ-ın aparıcı QHT-si olan Milli Demokratiya Fondu (NED) üzərinə götürüb". Haqqin.az-ın məlumatına görə, �?’NED’’ Azərbaycan hakimiyyəti əleyhinə təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırlayıb. Təşkilat hesabatında Azərbaycandakı yeni etirazçı QHT-lərin fəaliyyət göstərəcəyi istiqamətləri açıqlayıb. Hakimiyyət mənbələrindən alınan məlumata görə, amerikalılar etirazçı qüvvələrin əvvəlki, 2010-2015-ci illərdəki maliyyələşmə sistemini bərpa etməyi planlaşdırır, intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq, bölgələrdə siyasi aktivliyi artırmaq məqsədi güdür, “korrupsiya ilə mübarizə” kimi populyar sosial şüarla mübarizəni gücləndirməyə və yalançı faktoloji baza əldə etməyə, tenderlər üzərində nəzarəti artırmağa və bununla da yeni yaradılan vətəndaş cəmiyyəti üçün “korrupsiyaçı və anti-xalq hakimiyyətlə ədalətli mübarizə”nin yeni gündəliyini, ideya-siyasi əsasını hazırlamağa çalışır" deyə, qeyd olunur. İddia olunur ki, �?’NED’’ təşkilatın 2022 planlarında Azərbaycan üçün xüsusi vəsait ayrılıb. “Amerika pulları Gürcüstanda nağdlaşdırılır və oradan Bakıdakı müxalifətçilərə daşınır”, - deyə sonda bildirilir. Bildirilir ki, bu planlarda “NED”lə yanaşı Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan liberal “Freedom House”, habelə etirazların nüvəsinin - gəncliyin siyasi aktiv kəsiminin - fəallaşdırılması və ardınca hakimiyyətin dəyişdirilməsi ssenarisini hazırlamaq işinə cəlb edilən Çexiyanın PIN təşkilatı iştirak edir. ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan məhz bu üç Qərb QHT-si dekabrın 10-da, Vaşinqtonda ilk “Demokratiya sammiti” keçirilən vaxt Belqradda Azərbaycandakı vəziyyətlə bağlı müşavirə təşkil edib. Tədbirin sponsoru NED, təşkilati dəstəkçiləri isə “Freedom House” və PIN olub. Diqqət çəkən odur ki, tədbir də, dinləmələr də KİV və sosial şəbəkələrdə əksini tapmayıb, məsləhətləşmələr isə daha çox məxfi xarakter daşıyıb. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 2-də gənclərlə görüşündə bu məsələlər barədə ümumi fikirlər bildirmişdi. Prezident demişdi ki, Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə çalışanlar “yeni üsullar axtarır və hədəf gənclərdir”. “Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır. Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”, - deyə dövlət başçısı bildirib. Bizim siyasətçilər, mütəxəssislər bu haqda nə düşünür? Məqalədə deyilən iddialarda həqiqət payı varmı? DİA.AZ-ın məlumatına görə, YAP üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə bağlı xarici dövlətlər və təşkilatlar tərəfindən zaman-zaman addımlar atılıb, amma uğur qazanmayıb, onlardan biri də “NED” olub. “Bu təşkilatın nümayəndələri ayrı-ayrı fəal gənclər təşkilatlarını maliyyələşdirirdi, öz maraqlarına uyğun addımlar atırdılar. Onların məqsədi qarışıqlıq yaratmaqdır. Xatırlayıram ki, Bakıda keçirilən icazəsiz aksiyalarda ”NED"in akkreditasiya edilmiş üzvləri də iştirak edirdilər, hətta o zaman fotoları yayılmışdı. Sonra məlum oldu ki, bu təşkilat heç də gəncliyin inkişafına, demokratik dəyərlərə dəstək vermir, öz niyyəti üçün ayrı-ayı ölkələrdə yerləşib", - deyə hüquq müdafiəçisi bildirdi. Ç.Qənizadənin sözlərinə görə, sözügedən təşkilatın fəaliyyəti Azərbaycanda dayandırılıb: “İndi ”NED" gəncliklə bağlı yeni layihələr olacağını açıqlayır, amma ölkəmizdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il təşkilatlara maliyyə ayırır. Azərbaycanı sevməyən bu cür təsisatlarla əməkdaşlıq yolverilməzdir, ona görə onlarla heç bir təşkilat işləməməlidir". AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, adıçəkilən təşkilatın demokratik dəyərlərin inkişafına töhfə verməsi ilə heç bir bağlantısı yoxdur. Onun sözlərinə görə, “NED” və digər beynəlxalq təşkilatların demokratiyaya dəstək verdiyinə əvvəllər özləri də inanıblar: “O dövrdə biz də elə bilirdik ki, gəncliyin yetişməsi, siyasi institutlara maliyyə ayrılması demokratiya naminədir. Amma təcrübə göstərdi ki, bu təşkilatlar öz ölkələrinin və maliyyə qaynaqlarının maraqlarını üstün tuturlar”. A.Əlizadə qeyd etdi ki, həmin maraqlardan çıxış edərək bəzi ölkələrdə inqilabların baş verməsinə nail olublar: “Hətta öz adamları vasitəsilə prosesi nəzarətdə saxlayıblar. Azərbaycan qanunvericiliyi isə xaricdən qrant almağı məhdulaşdırır. Bu da bəzi QHT-lərin qonşu ölkələrə gedərək maliyyəni qeyri-leqal yolla gətirməsinə və radikal müxalifətə yönləndirməsinə səbəb olub. Amma bu işin qarşısı alınıb. Ona görə dövlətin birinci vəzifəsi milli təhlükəsizliyi ən yüksək səviyyədə qorumaqdır. Bu təşkilatlar ölkələrdə qaranlıq məqsədlərə maliyyə ayırır, odur ki, onlardan yararlanan QHT-lər müəyyən edilərək prosesin qarşısı alınmalıdır. Eyni zamanda qanunlarda dəyişiklik edilməlidir, parlamentə düşməyən partiyaların da maliyyələşməsi həyata keçirilməlidir. Demokratiyaya dəstək vermək istəyən büdcədən maliyyələşməlidir ki, şübhəli qaynaqlardan vəsait almaq cəhdləri olmasın. Kəsəsi, dövlət özü bunda maraqlı olmalıdır”. REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, “NED”in fəaliyyətinə skeptik yanaşmaqdansa, onların Bakıda fəaliyyət göstərməsi üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. N.Cəfərli hesab edir ki, “NED” əvvəllər də Bakıda işləyib: “2014-cü ilə qədər, yəni QHT-lərlə bağlı qanunvericiliyə sərt dəyişiklik olunanadək beynəlxalq donorların Azərbaycanda ofisləri var idi. Onların ölkədə fəaliyyəti daha yaxşıdır, nəinki buraxılmaması... Qlobal dünyada bu cür təcrid siyasəti nəticə verə bilməz. Əksinə, hökumət də nəzarət edəcək, vergilərin vaxtında ödənilməsi üçün görüşlərin keçirilməsi mümkünləşəcək. Bir sözlə, qapatmaq çıxış yolu deyil”. Qeyd edək ki, 1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu dünyanın 90-dan çox ölkəsində demokratiya naminə QHT-lərin layihələrinə dəstək məqsədilə hər il 1000-dən artıq qrant hazırlayır. Qeyd edək ki, Rusiya hakimiyyəti qərargahı Vaşinqtonda yerləşən və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondunun 2015-ci ildən ölkədəki fəaliyyətini dayandırıb. Geri qayıt |