Əsas Səhifə > Partiya, Güney Press > Bələdiyyə sədrlərini icra başçıları seçir, onlar necə müstəqil ola bilər?

Bələdiyyə sədrlərini icra başçıları seçir, onlar necə müstəqil ola bilər?


18-02-2022, 09:41
Bələdiyyə sədrlərini icra başçıları seçir, onlar necə müstəqil ola bilər?
Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Sözügedən statistikanın ortaya çıxması bələdiyyələrin fəaliyyətsizliyi ilə bağlı məsələni yenidən aktuallaşdırıb.

Digər narahatlıq doğuran məqamsa, icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlıdır. Belə ki, yerli icra hakimiyyətləri haqqında da tənqidi fikirlər səngimək bilmir. Bu səbəbdən də, əksər millət vəkilləri və ekspertlər icra hakimiyyətlərinin də yeni institutlarla əvəz olunmasını vacib sayırlar və belə bir sual ortaya çıxır:

Yerlərdə idarəetmənin səmərəliliyini necə təmin etməli? DİA.AZ xəbər verir ki, sualı Bizim.Media-ya cavablandıran millət vəkili Razi Nurullayev bələdiyyələrin icra hakimiyyətlərindən icazəsiz heç nə edə bilməyəcəklərini vurğulayıb:

“Heç kim bələdiyyəni problemi həll edən, güclü struktur kimi qəbul etmir. Onlar gözdən-könüldən uzaq qalmış quruma çevriliblər. Çünki onların səlahiyyətlərinin hamsı qeyri-rəsmi olaraq icra hakimiyyətləri tərəfindən həyata keçirirlər. Bələdiyyələr sadəcə icra hakimiyyətlərinin bir qoludur. Hansısa bələdiyyə sədri icra hakimiyyətinin icazəsi olmadan heç nə edə bilməz.

Heç bir bələdiyyə üzvü icra hakimiyyətinin icazəsi olmadan seçilə bilməz. Problemi yoluna qoymaq üçün seçki prosesindən, fəaliyyətinə qədər bütün prosesdurlar gözdən uzaq, qanunsuz və qeyri-şəffaf şəkildə həyata keçirilib”.

Millət vəkili bələdiyyələrin uzun illərdir davam edən qanunsuz fəaliyyətlərinin acı nəticələrinə də diqqət çəkib:

“Bütün bələdiyyə torpaqlarında tikilən evlər yenidən sənədləşdirilərsə, GPS sistemi ilə torpaq sərhədləri müəyyənləşdirilərsə, gərək Azərbaycanda bir dənə salamat ev qalmasın. Bu gün keçmiş dövlət və bələdiyyə torpaqlarını müxtəlif adlar altında sənədləşdirərək, qara yollarla yenidən kimlərinsə adına çıxarır, kimdənsə qopararaq satışa çıxarırlar. Mən bunun həlli yolunu göstərə bilmərəm. O torpaqlarda yerləşən evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin sərəncamı var.

Lakin proses hələ də qalır. Bu baş verməyincəyə qədər problem davam edəcək.
Bütün bunlara son qoymaq üçün nəzarət olmalıdır. Bu gün heç bir nəzarət yoxdur. Belə məsələlərdə Parlamentin nəzarəti gücləndirilməlidir.

Lakin parlamentin təsir imkanları güclü deyil. Çünki parlament nəzarəti yoxdur. Düşünürəm ki, bu tip məsələlərdə millət vəkillərindən ibarət nəzarət qrupları yaradıla bilər”.

Geri qayıt