Əsas Səhifə > Partiya, Güney Press > "Əgər vaxtında zərərsizləşdirilməzsə, hökmən partlayacaq"

"Əgər vaxtında zərərsizləşdirilməzsə, hökmən partlayacaq"


21-02-2022, 09:03
"Əgər vaxtında zərərsizləşdirilməzsə, hökmən partlayacaq"
"Xankəndi ətrafında 16 mərtəbəli yaşayış binaları tikilir. Xocalıda da çoxmərtəbəli yaşayış binalarının tikintisi davam edir. Burada xilaskar rus əsgərinin abidəsi ucaldılıb. Sülhməramlı qüvvələrin 1960 nəfərdən ibarət olması barədə razılaşmaya baxmayaraq Yuxarı Qarabağ ərazisində 10 minədək hərbi qulluqçunun yerləşdirilməsini nəzərdə tutan hərbi mərkəzlər yaradılır. Rusiya Yuxarı Qarabağda nəzarəti altında olan bütün ərazilərdə yollar çəkir, müasir kommunikasiya sistemləri qurur. Ermənistan kəndlərinin əhalisi Yuxarı Qarabağa köçürülür. Xankəndidə rus icmasının yaradılması Rusiynın ucqarlarından da buraya əhalinin köçürülməsi niyyətindən xəbər verir. Dövlət və siyasət xadimləri, jurnalistlər də daxil olmaqla Azərbaycan və Türkiyə tərəfindən heç kəs Yuxarı Qarabağ ərazisinə buraxılmır. Rusiyanın rəsmi saytının yerli qurumu olan "Sputnik Armeniya" «Арцах это Армения» şüarını manşetə çıxarır. Qondarma “Artsax Məclisi" Şuşanı, Hadrutu işğal zonaları adlandıraraq bu ərazilər barədə qanun qəbul edir. Suqovuşandan Kəlbəcərə gedən maşın karvanımız erməni separatçıları tərəfindən geri qaytarılır. Rusiya XİN sözçüsü Zaxarova Yuxarı Qarabağa aid bütün səlahiyyətlərin Rusiya hərbi qüvvələrinə aid olduğunu açıq şəkildə bəyan edir... İndi Yuxarı Qarabağda baş verənlər Azərbaycanın gələcəyi yolunda qoyulmuş mina yox, atom bombasıdır".

DİA.AZ pravda.az-a istinadla xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. "Əgər vaxtında zərərsizləşdirilməzsə, hökmən partlayacaq" - A.Hacılı qeyd edib.

Geri qayıt