Əsas Səhifə > Partiya, Güney Press > Millət vəkilləri "Sahil - S İnşaat"ın aldatdığı vətəndaşların müdafiəsinə qalxdı
Millət vəkilləri "Sahil - S İnşaat"ın aldatdığı vətəndaşların müdafiəsinə qalxdı28-02-2022, 09:43 |
Artıq xeyli zamandır ki, Bakının Yeni Günəşli massivində bina inşa edən, tikintini yarımçıq qoyan, bir mənzili 4-5 adama satdığı üzə çıxan "Sahil - S İnşaat" MTK ilə bağlı vətəndaşlar tərəfindən Prezidentə, Baş Prokurorluğa müraciətlər ünvanlanır. Şirkətin sahibi Taley Alaverdiyevin vətəndaşları aldatması, yol verdiyi fırıldaq və dələduzluq hərəkəti barədə ölçü götürülməsi üçün vətəndaşlar dövlətə müraciət ünvanlayırlar. Haqqı yeyilmiş sakinlər tələb edirlər ki, ya pulları qaytarılsın, ya mənzillər düzgün şəkildə verilsin. Amma şirkət sahibi T. Alaverdiyev insanları aldatmaqda davam edir və tezliklə prokurorluq tərəfindən konkret addımlar atılması gözlənilir. Artıq parlament səviyyəsində də vətəndaşların şikayətlərinə dəstək gəlməkdədir. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının mediaya bildirdiyinə görə, özəl sektor dövlətin yaratdığı bu yüksək imkan və şəraitdən geniş şəkildə bəhrələnir: "Məhz bunun nəticəsidir ki, bu gün iqtisadiyyatda özəl sektorun payı 55-60 faiz təşkil edir. Amma təəssüflər olsun ki, bəzən özəl sektorun sahibləri yaradılan bu şəraiti lazımınca dəyərləndirə bilmirlər. Yəni yalnız şəxsi mənafelərini düşünürlər. Tikinti şirkətinin bəzi məqamlarda nümayiş etdirdiyi qeyri-qanuni əməllər qeyd olunanlara misal ola bilər. Sizin bildirdiyiniz problem də bu qəbildəndir. Heç şübhəsiz müvafiq dövlət orqanları bu məsələyə müdaxilə etməli, vətəndaşın haqqı bərpa olunmalı, günahkarlar isə qanun qarşısında cavab verməlidir". Deputat Arzu Nağıyevin mətbuata verdiyi açıqlamaya görə, son vaxtlar ayrı-ayrı tikinti firmalarının bir mənzili bir neçə nəfərə satması, şirkət rəhbərlərinin bu əməllərinə görə həbsləri göstərir ki, hələ də belə problemlər yaşanmaqdadır. Deputat bildirib ki, son dövrlər yayılan məlumatlar, vətəndaşlar tərəfindən edilən müraciətlər göstərir ki,"Sahil - S İnşaat" şirkətindən mənzil alan vətəndaşlar da oxşar problemlə üzləşib: "Bununla bağlı hüquq-mühafizə orqanları sözünü deməlidirlər və deyirlər. Hazırda 50-dən çox vətəndaşın bir mənzilini bir neçə nəfər satılması problemi ilə qarşılaşıb. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həllini tapmalıdır. Ona görə bu istiqamətdə hüquq- mühafizə orqanları ciddi addımlar atmaqdadır, eləcə də parlament səviyyəsində bu vətəndaşlar dəstəklənir". Anaxeber.info Geri qayıt |