Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət də Əli İnsanovdan üz döndərdi

Müxalifət də Əli İnsanovdan üz döndərdi


18-03-2022, 11:14
Müxalifət də Əli İnsanovdan üz döndərdi
Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovun qəfildən “kölgəyə” çəkilməsi müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Siyasi çevrələrdə “uğursuz siyasətçi” imicinin formalaşmasından sonra İnsanov yenidən “arxa plan”a keçib.

Qeyd edək ki, 2019-cu il mart ayının 17-də azadlığa çıxan sabiq nazir verdiyi radikal bəyanatlara bir neçə həftə diqqəti öz üzərinə çəkməyi bacarsa da, uzun müddət gündəmdə qala bilmədi. İnsanovun gəlişi ilə hakim komandanın parçalanacağıyla bağlı proqnozlar özünü doğrultmadığı üçün sabiq YAP-çının personasına maraq tədricən azaldı. dia-az.life xəbər verir ki, “Yeni Sabah” HƏP sədrinin siyasi proseslərdən təcrid olunmasının səbəblərini araşdırarkən maraqlı məlumatlar əldə edib. Məlum olub ki, sədri olduğu HƏP-in 2021-ci ilin noyabrında dövlət qeydiyyatına alınamsından sonra İnsanovun verdiyi bəyanatlar onun müxalif düşərgədə yenicə təşəkkül tapmaqda olan karyerasına ciddi zərbə vurub. Belə ki, partiyasının qeydiyyata alınmasından rulanan keçmiş nazirin hakimiyyətlə əməkdaşlığa hazır olduğunu açıq mətnlə bəyan etməsi ona ciddi maneə yaradıb. Bu bəyanatdan sonra başda AXCP olmaqla müttəfiqləri ondan üz döndəriblər. AXCP funksionerlərinin siyasi çevrələrdə “Əli İnsanov bizi satmağa hazırdır” məzmunlu bəyanatlar səsləndirməsi əks düşərgədə HƏP sədrinə qarşı etimadsızlıq yaradıb. Müxalifətin konstruktiv qanadı ilə onsuz da soyuq münasibəti olan İnsanov hakimiyyətə etdiyi məlum jestdən sonra radikal düşərgədə də arzuolunmaz şəxsə çevrildi. Keçmiş nazirin qurucularından biri olduğu YAP-la nə vaxtsa anlaşa biləcəyini istisna etməyən hakimiyyət əleyhdarları həmin vaxtdan etibarən onunla məsafə saxlamağa başladılar. Nəticədə Əli İnsanov mövcudluğu kağız üzərində olan çoxsaylı siyasi partiya sədrlərindən birinə çevrildi.

HƏP sədrinin tədricən “buxarlanmasının” bir səbəbi isə iqtidar komandasının onu yaxına buraxmamasıdır. Görünür, hakimiyyət ideoloqları onun 3 il əvvəl həbsdən çıxarkən verdiyi bəyanatları unutmayıblar. Hakimiyyət də müxalifət kimi qoca siyasətçinin “ipinin üstünə odun yığmağa” ehtiyat edir. Buna görə də onun HƏP-i də ipi kimi indi heç kimə lazım deyil...

Geri qayıt