Əsas Səhifə > Partiya, Güney Press > "Şimali Kipr kimi isti bir ölkədə səfərdəyəm, amma bura da çox soyuqdur"

"Şimali Kipr kimi isti bir ölkədə səfərdəyəm, amma bura da çox soyuqdur"


22-03-2022, 09:27
"Şimali Kipr kimi isti bir ölkədə səfərdəyəm, amma bura da çox soyuqdur"
Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə yağıntı müşahidə olunur, dağlıq rayonlarda qar örtüyü yaranıb.

Qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin isə martın 25-dək davam edəcəyi gözlənilir. Yaranan situasiya daha çox qaz sərfiyyatının yaranmasına səbəb olur. Ehtimal olunur ki, bu hal qazda illik limitin daha tez bitməsinə gətirib çıxaracaq.

Maraqlıdır ki, yaranan fors-major halla əlaqəli olaraq, qazda illik limit artırıla bilərmi? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, məsələyə baxıla bilər:

"Mən düşünürəm ki, dövlət limit məsələsində bu kimi məsələləri nəzərə ala bilər. Amma həqiqətən indi fors-major situasiya yaranıb. Əgər bu hal davam edərsə, düşünürəm ki, dövlət yəqin, nəzərə ala bilər. Sözün əsl mənasında, qış elə bil, mart ayına düşdü. Mən hazırda Şimali Kipr kimi isti bir ölkədə səfərdəyəm, amma bura da çox soyuqdur. Yəni bu, bütün dünyada baş verən prosesdir. Seçildiyim Şəkidə də hazırda insanlar qış şəraitində yaşayır. Bilirəm ki, ölkənin hər yerində soyuqdur. Düşünürəm ki, bu proses davam etsə, limit məsələsini nəzərə almaq olar".

Geri qayıt