Əsas Səhifə > Partiya, Güney Press > Milli Məclis Buça və İrpendəki qətliamları soyqrım kimi tanıya bilər?

Milli Məclis Buça və İrpendəki qətliamları soyqrım kimi tanıya bilər?


6-04-2022, 09:28
Milli Məclis Buça və İrpendəki qətliamları soyqrım kimi tanıya bilər?
“Avropa Birliyi və ABŞ zamanında Xocalı soyqrımını tanısa, müyyən addımlar atsaydı, bəlkə də bu gün Rusiyanın Ukraynada törətdiklərinin şahidi olmazdıq. İndi həyəcan içindədirlər. BMT-nın iclaslarını çağırırlar, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və s.hamısı qarışıb bir-birinə, hər gün görüşlər keçirirlər. Elə o dövrdə bizə qarşı olan ermənilərin və ermənilərə havadarlıq edənlərin qarşısında elə bir səs ucaltsaydılar, torpaqlarımız da getməzdi”. dia-az.life xəbər verir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Rusiyanın Ukraynanın Buça və İrpen şəhərlərində törətdiyi qətliamlara münasibətində deyib.

Elman Məmmədovun sözlərinə görə, Xocalı soyqrımı zamanı Ermənistana və ona havadarlıq edən ölkəyə sanksiya tətbiq edilməli idi: “Bu gün insan hüquqları , demokratiya, dövlətlərin ərazilərinin toxunulmazlığı şüarları ilə Ukrayna uğrunda mübarizəyə qoşulanların əksəriyyəti o dövrdə müşahidəçi rolunu oynadılar. Hətta müşahidəçiliklə də kifayətlənmədilər”.

“Bəlkə, bu, o vaxtı Azərbaycanın Rusiyanı açıq ittiham etməməsindən doğurdu ” sualına deputat belə cavab verib: “Bunu dövlət səviyyəsində ifadə olunmasa da ortada soyqrım faktı var idı. Xocalı daxil olan 366-cı motoatıcı alay var idi. 366-cı alayın qərargahında olan jurnalist də özünün xatirələrində yazmışdı.Yəni bir çox sübutlarla faktlarla sübut olunurdu. Yəni, o dönəmdə hamı səssiz qaldı. İşğalçıya qarşı işğalçının havadarlarına qarşı soyqrım törədənlərə qarşı hamısı səssiz qaldı. Hətta həmin dövrlərdə ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etmişdi. Bütün bunlarla yanaşı deməliyəm ki, bu gün Ukraynada insanlıq faciəsi yaşanır”.

Azərbaycanın Buça və İrpendəki qətliamın soyqrım kimi tanımasının mümkün olub-olmamasına gəlincə, deputat bunları deyib: “Hazırda situasiya qarışıqdır. O məsələrlə biz bir balaca diqqətli olmalıyıq. 30 il bundan qabaq Xocalıda , Ağdabanda , Qaradağlıda, Başlıbeldə törədilən soyqrımlar vaxtı Ukrayna və digər dövlətlər yanımızda olmadı. Bu gün biz heç kim ilə münasibətləri pozmaq fikrində deyilik. Ancaq biz haqq- ədalət tərəfində olmalıyıq. Qoşulmama təşkilatının üzvi kimi statusumuzu saxlamalıyıq. Amma təcavüzü, mülki insanların qətliamanı pisləyirik”.

Geri qayıt