Əsas Səhifə > Partiya, Güney Press > "Gürcüstan tərəf razılıq da verib..."
"Gürcüstan tərəf razılıq da verib..."6-05-2022, 08:12 |
Ölkəmizdə Azərbaycan - Fransız Universiteti ( UFAZ) fəaliyyət göstərir. Sözügedən universitet Azərbaycan Prezidenti İlham Əliyevin və Fransanın eks Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir. Belə bir təhsil ocağının mövcudluğu , əlbəttə, təqdirə layiqdir. Lakin gürcüstanlı soydaşlarımız üçün Gürcüstan - Azərbaycan universitetinin yaradılması məsələsi hələ də gerçəkləşməyib. Gürcüstanda Azərbaycandilli məktəblərdə kifayət qədər problemlər yaşanır, ancaq ən başlıca problem kadr çatışmazlığı ilə bağlıdır. Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər hazırlayan fakültə yoxdur. Hər il Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalmaq üzrədir. Bəzi ekspertlərin qənaətincə, müştərək universitetin yaranması ilə Azərbaycan məktəblərində kadr çatışmazlığı problemi həllini tapacaq. Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev Gürcüsran səfəri zamanı sözügüdən durumla bağlı açıqlama vermişdi. E.Əmrullayev uzunmüddətli perspektivdə Azərbaycan-Gürcüstan birgə universitenin yaradılması, ikili diplomların verilməsi məsələsinin müzakirə olunduğunu diqqətə çatdırmışdı. Amma söylənilən fikirlər barədə konkret addım atılmayıb. dia-az.life-ın məlumatına görə, ikitərəfli universitetin yaranmasıyla bağlı "Sherg.az"a açıqlama verən əslən Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli söyləyib ki ,2011-ci ildə belə təklif irəli sürüblər: "Gürcüstanın və Azərbaycanın Təhsil Nazirliyinə, Prezidentimizə, Diaspor Komitəsinə bildirmişik. Gürcüstan tərəf razılıq da verib. Təəssüf, Azərbaycan tərəf reaksiya verməyib. Bu gün də aktual məsələdir. Gürcüstanda Borçalı mahalının mərkəzi şəhəri Rustavidə belə universitetinin yaradılmasının tarixi əhəmiyyəti var. İki xalqı, mədəniyyəti yaxınlaşdıran unikal vasitədir. Birgə universitetin yaradılmasını Azərbaycan rəsmi formada Gürcüstanla müzakirə aparıb, qərar qəbul etməlidir. Həm kadr çatışmazlığını aradan qalxar, həm Azərbaycan dilini mükəmməl öyrənməyə imkan yaranar. İki dövlət arasında siyasi münasibətlərin daha üst səviyyəyə qalxmasına təkan verə bilər. Faydalı layihədir". Geri qayıt |