Əsas Səhifə > Partiya, Güney Press > Xarici qüvvələr yenidən fəallaşır: Azərbaycanda sabitliyi pozmaq istəyirlər
Xarici qüvvələr yenidən fəallaşır: Azərbaycanda sabitliyi pozmaq istəyirlər12-05-2022, 09:07 |
Son günlər ölkəmizdə “5-ci kolon” xaricdəki himayədarlarının göstərişi ilə yenidən fəallaşıb. Onların iddiasına görə, Azərbaycanda ictimai fəllara basqılar təşkil olunur. dia-az.life-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Reyting.az-a açıqlamasında deyib ki, “5-ci kolon” təmsilçilərinin bu hərəkətinə haqq qazandırmır. Professorun sözlərinə görə, hazırda dünyanın hər yerində ciddi problemlər var, Azərbaycanın isə son 30 ildə ən böyük problemi Qarabağ olub. C. Nuriyev bildirib ki, Qarabağ azad olunmayana qədər “5-ci kolon” təmsilçiləri Azərbaycan prezidenti İlham Əliyevi müxtəlif məsələlərdə ittiham edirdilər: “İndi belə çıxır ki, İlham Əliyev Qarabağı azad etməklə bunların əlindən ən böyük arqumenti alıb. Bu səbəbdən də digər məsələlər üzərində var-gəl edirlər. Onlar belə təəssürat yaradırlar ki, guya bu milləti və bu dövləti hamıdan çox istəyirlər. Belə “fəaliyyətlərinə” görə isə, müxtəlif yerlərdən qrant almağa çalışırlar. Məsələn, ABŞ-ın NED təşkilatından”. C. Nuriyev əmindir ki, bu şəxslər və təşkilatlar yeni qrant layihələri əldə etmək üçün fəallaşıblar və hansısa aksiya təşkil etməkdə məqsəd xarici təşkilatlardan pul almaqdır. Professor iddia edir ki, indi qrantı ayrı istiqamətdə, daha çox ermənilərə bağlı təşkilatlar özlərinin iştirakı olmadan ayırırlar: “Amma indi Azərbaycan kifayət qədər güclüdür, Ermənistanda isə proseslər kortəbii gedir. Belə bir ərəfədə Azərbaycan sülh sazişi tələb edir, bunun üçün şərtlərini irəli sürür. Bu da erməniləri və onları dəstəkləyən qüvvələrdə narahatlıq yaradır. Odur ki, indi Azərbaycanda “5-ci kolon”u aktivləşdirməyə çalışırlar”. C. Nuriyev əlavə edib ki, Azərbaycanın deyil, Qərbin, Şimalın və ya Cənubun yanında olan adamlardan bu ölkəyə heç vaxt xeyir gəlməyəcək: “Bu adamların fəallaşmasının səbəblərindən biri də Cənubi Qafqazda Türkiyənin nüfuzunun artmasıdır, çünki bu, müəyyən xarici qüvvələri narahat edir”. Qərbpərəstlərin belə tezliklə fəallaşmaq istəyəcəklərini gözləməyən C. Nuriyev ümid edirmiş ki, nəhayət onların vicdanı oyanar və Azərbaycanın haqq işini dəstəkləməyə başlayarlar: “Təəssüflər olsun ki, belə deyil. Amma indi Azərbaycan çox dəyişib və bu xalq heç vaxt prezidentini tək qoymayacaq”. Professor diqqətə çatdırıb ki, “5-ci kolon” ABŞ və Qərb təşkilatlarından qrant almaq üçün fəallaşsa da, Azərbaycan ziyalıları prezident İlham Əliyevi müdafiə edir: “Baxmayaraq ki, ziyalıların müəyyən narazılığı var, amma biz prezidentin yanında olmalıyıq və olacağıq da. Biz istəmirik ki, Azərbaycanı Ukraynaya çevirsinlər”. C. Nuriyev qeyd edib ki, Azərbaycan Turanın ürəyidir: “Türkiyə ilə Orta Asiya arasında bağlayıcı Azərbaycandır. Bütün yollar Azərbaycandan keçir. Nahaq yerə Naxçıvanda Türkdilli Dövlətlərin Şurası yaradılmayıb və ötən il də Türk Dövlətləri Təşkilatına çevrilib. Bu mənada Turan da çoxlarını narahat edir”. Qərbə yaxın təşkilat və şəxslərin fəallaşmasına gəldikdə, C. Nuriyev iddia edir ki, onlar xaricdən sifariş alıblar: “Amma Azərbaycan dövlətinin əleyhinə getmək ən böyük xəyanətdir. Xüsusilə, qrant naminə bunu etmək biabırçılıqdır”. Onu da qeyd edək ki, son günlər “5-ci kolon” bütün cəhdlə Azərbaycanda insan hüquqularına məhəl qoyulmadığını, guya ictimai-siyasi fəalların basqılara məruz qaldığını iddia edirlər. Bu fəallaşma ABŞ-ın NED (National Endowment for Democracy) Fondunun Azərbaycan üçün 2022-ci ildə ayırdığı 970, 235 dollarlıq qrant layihələri ilə paralel baş verir. Geri qayıt |