Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Calaloğlu meymunçiçəyinə yoluxan kişilərdən danışdı:
Sərdar Calaloğlu meymunçiçəyinə yoluxan kişilərdən danışdı:25-05-2022, 08:43 |
Xəbər verdiyimiz kimi, dünyada meymunçiçəyi adlı yenı xəstəlik gözləyir. Bununla bağlı fərqli fikirlər, mülahizələr söylənilir. İlk olaraq Böyük Britaniyada qeydə alınan xəstəliyə yoluxanlardan biri Nigeriyadan səfərdən qayıdan şəxs olub. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, ən son halların dördü də homoseksual və ya biseksual kişilərdə qeydə alınıb. Meymunçiçəyi xəstəliyinin ilkin əlamətlərinə qızdırma, baş ağrısı, əzələ ağrıları, şişkin limfa düyünləri və titrəmə daxildir. Suçiçəyi və ya sifilisə bənzəyə bilən səpki də inkişaf edə və üzdən bədənin digər hissələrinə, o cümlədən cinsiyyət orqanlarına yayıla bilər. dia-az.life xəbər verir ki, cebhe.info-nun suallarını Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu cavablandırıb. O, kişilərin meymunçiçəyinə yoluxması barədə məlumatlı olmadığını bildirib: "Bu, yeni infeksiyadır. Xəstəlik hazırda hərtərəfli öyrənilir. Tibbdə heyvan xəstəliyinin insanlara keçməməsi barədə məlumatlar var. Amma görünür, bu, yeni bir haldır ki, bəzən heyvanlar üçün xarakterik olan bəzi xəstəliklərə insanlar da yoluxur". Sərdar Cəlaloğlu bildirib ki, dünyada indiyədək 90-a yaxın belə pandemiya olub: "Alimlər tədqiqat aparıb, konkret olaraq xəstəlik haqqında nəsə deyəcəklər". Geri qayıt |