Əsas Səhifə > Partiya, Güney Press > Tanınmış iqtisadçı ölkəni ərzaq böhranından xilas edəcək təkliflə çıxış etdi:
Tanınmış iqtisadçı ölkəni ərzaq böhranından xilas edəcək təkliflə çıxış etdi:15-06-2022, 09:14 |
Dünya ərzaq böhranı anonsları ilə çalxalanmaqdadır. 3 ildir davam edən pandemiya, ardınca Rusiya-Ukrayna müharibəsi dünya ərzaq zəncirinə böyük zərbə vurdu. Bu isə logistik problemlər və qıtlıq fonunda kəskin bahalaşma ilə nəticələndi. Azərbaycan da əhalisinin əksəriyyəti aztəminatlı olan bir dövlət kimi qlobal risklərdən daxili bazarı qorumaq üçün idxaldan asılılığı azaltmalıdır. Lakin hələ də real sektorun, kənd təsərrüfatının canlandırılması və istehsal zəncirinin qurulması ilə bağlı çox ciddi problemlər var. Dövlət hələ də iqtisadi problemləri artan neft gəlirləri ilə kompensasiya edir. Lakin neftin hazırki qiyməti qısamüddətli bir fürsətdir, həm də sonuncu fürsət. Bu imkandan necə faydalanmaq lazımdır? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun əsas lokomativi aqrar sektor sayılır: " Aqrar sektorda isə kommersiya kreditləri həddindən artıq çətin şərtlərlə verilir. Birincisi qısamüddətlib olur,ikincisi faizləri çox yüksək olur. Uzun müddətdir müzakirə olunan bir məsələ var ki, bu da "Aqrar bank"ın yaradılmasıdır". İqtisadçının fikrincə, dövlətin əsas görməli olduğu işlərdən biri də bu gün artan neft gəlirlərinin bir qismini "Aqrar bank" yaradaraq ora yönləndirməkdir ki, kənd təsərrüfatını aşağı faizli, uzunmüddətli kreditlərlə təmin etmək mümkün olsun: "Kommersiya kreditlərinin çatışmayan cəhəti təkcə faizlərin yüksək olması deyil, əsas problemlərdən biri müddətin çox qısa olmasıdır. Qısa müddətli kreditlər biznesin işini planlaşdırmağa və gəlirə çıxmasına maneə olan əsas faktorlardan birinə çevrilir". Geri qayıt |