Əsas Səhifə > Partiya, Güney Press > Güneyli fəaldan Əli Kərimli və AXCP-yə sərt ittiham
Güneyli fəaldan Əli Kərimli və AXCP-yə sərt ittiham16-06-2022, 11:37 |
“Məndə olan dəqiq bilgiyə görə, SEPAH kəşfiyyatına bağlı dindar qüvvələr Xalq Cəbhəsi Partiyasına girməklə aşağıdan partiyanı (özəlliklə cənub bölgələrini) tam ələ keçiriblər. Rəhbərlik İrana və ona bağlı dini terrorist qruplaşmalara qarşı cınqırını çıxararsa, molla rejiminə qarşı mövqe qoyarsa, bütövlükdə liderlik kadrosunu, az qalsın Əli Kərimlini partiyadan qova biləcək çevriliş gücünə yiyələniblər”. DİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bunu tanınmış güneyli fəal Hakan Türkelli bildirib. “Nə günlərə gəldik... Böyük liderimiz Elçibəyin əsəri olan Xalq Cəbhəsi artıq Xamneyini “təqlid merceyi” sayanların nəzarətinə keçib! Bütöv Azərbaycan məfkürəsindən nəinki tam imtina edilib, hətta o düşüncəli partiya funksionerləri sıxışdırılır, susdurulur. Öz araşdırmanızı aparın, 10-15 yeni "cəbhəçinin" profilinı seçin ve son 1 ayda sosial mediadakı paylaşımlarını izləsəniz, bu acı gerçəyi tam çılpaqlığı ile görəcəksiniz”, - deyə o vurğulayıb. Əslində güneyli fəalın söylədikləri yenilik deyil və dəfələrlə Əli Kərimlinin xüsusilə Bütöv Azərbaycan məsələsində heç bir mövqe ortaya qoymaması ona qarşı siyasi cameədə kəskin etirazlara səbəb olub. Əvvəl Xalq Hərəkatında, daha sonra Xalq Cəbhəsində, daha sonra isə AXCP-də təmsil olunan əksər siyasətçilər və sıravi üzvlər Güney Azərbaycan məsələsində Əbülfəz Elçibəyin mövqeyini tam dəstəkləyib. Ancaq Əli Kərimli partiya rəhbərliyinə keçdikdən sonra AXCP Güney Azərbaycan məsələsində tamamilə İranın istədiyi kimi "susqun" mövqe tutub. Beləliklə, Bütöv Azərbaycan idealogiyasına sahib olan keçmiş hərəkatçılar, partiya üzvləri AXCP-dən kənarlaşdırılıb, ya da özləri partiyanı tərk ediblər. Başqa sözlə, Əli Kərimlinin “İranı qəzəbləndirməmək siyasəti” sonunda partiyada İranın mövqelərinin güclənməsinə tam şərait yaradıb. Geri qayıt |