Əsas Səhifə > Partiya, Güney Press > Rusbaşlıların ŞUŞA TRİUMFU...

Rusbaşlıların ŞUŞA TRİUMFU...


17-06-2022, 08:25
Rusbaşlıların ŞUŞA TRİUMFU...
Məlum olduğu kimi, dünən – iyunun 15-də 40-a qədər siyasi partiya rəhbərləri Şuşaya səfər etmişdi. Səfər Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutmuşdu.

Diqqətimizi cəlb edən əsas məqamlardan biri ADP sədri Sərdar Cəlaloğlunun həmin toplantıda çəkilən şəkillərdə görünməməsi idi. Halbuki, Şuşa Bəyannaməsini və Azərbaycan-Türkiyə münasibətlərini ən çox müdafiə edən siyasilərdən biri məhz Sərdar Cəlaloğludur. Belə olan halda ADP sədrinin Şuşa konfransında göz dəyməməsi bəzi suallara yol açır: O, konfransa dəvət olunmayıbmı? Olunubsa, niyə toplantıda iştirak etməyib?

DİA.AZ xəbər verir ki, ovqat.com-un suallarını cavablandıran Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin bildirdiyinə görə, səfərdə Sərdar Cəlaloğlu da iştirak edib. Onun fotolarda gözə dəyməməsi isə partiya sədrinin şəkil çəkdirməkdən imtinası ilə əladədarmış.

Bəs, Sərdar bəy niyə bundan imtina edib?

Pənah Hüseyn bunu konkret səbəbini açıqlamasa da, Sərdar Cəlaloğlunun nəyəsə qəzəbələndiyini dedi. Amma nəyə? AXP lideri bunun ən doğru cavabını Sərdar bəyin özündən öyrənə biləcəyimizi bildirib bizi ADP sədrinə yönləndirdi.

Sərdar bəy telefon zəngimizə cavab vermədiyindən bunu özündən soruşa bilmədik. Amma toplantıda iştirak edən bir başqa mənbədən aldığımız məlumata görə, Sərdar Cəlaloğlu həqiqətən də qəzəbli imiş. Onu qəzəbləndirən isə dünənədək Rusiyanın tərəfini tutan və Türkiyəyə qarşı mövqeyi ilə seçilən bəzi siyasilərlə eyni cərgədə tutulması imiş. “Rusqafalı”larla eyni səhnədə görünmək istəməyən ADP lideri hətta arada konfransı tərk etmək fikrinə düşüb. Sonunda tədbirə şur qatmamaq üçün bu addımı atmayıb.

Geri qayıt