Əsas Səhifə > Partiya, Güney Press > Deputat seçicilərini vəzifəli şəxslərə qarşı birliyə çağırdı:

Deputat seçicilərini vəzifəli şəxslərə qarşı birliyə çağırdı:


7-07-2022, 09:06
Deputat seçicilərini vəzifəli şəxslərə qarşı birliyə çağırdı:
Deputat Tahir Kərimli seçicilərinə müraciət edib.

DİA.AZ xəbər verir ki, pravda.az-a daxil olan müraciətdə deyilir:

“Əziz seçicilərim!

Siz bütün orqanların və vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmənin sizin müraciətlərə baxması qanunun tələbidir. Məhkəmə hakimiyyətinə dərin hörmətimi ifadə etməklə, seçicilərimə təklif edirəm ki, məhkəmənin bu xarakterli və cinayət, mülki, inzibati xarakterli bütün işlərin baxılmasına dair fəaliyyətində nöqsan hesab etdikləri məsələlər üzrə ünvanıma yazılı və ya elektron qaydada müraciət etsinlər. Biz yalnız bir-birimizə arxa durmaqla, baş verə biləcək qanunsuzluqların qarşısını ala bilərik. Mən də Deputat statusuma uyğun olaraq, vətəndaşların hüququnu qoruyacağam!”

Geri qayıt