Əsas Səhifə > Partiya, Güney Press > Müharibəyə hazır olmalıyıq, bu, ən yaxşı müdafiədir

Müharibəyə hazır olmalıyıq, bu, ən yaxşı müdafiədir


9-07-2022, 09:34
Müharibəyə hazır olmalıyıq, bu, ən yaxşı müdafiədir
Azərbaycan II Qarabağ müharibəsindən sonra öz mövqeyini bəyan edib. Dövlət başçısı da bütün açıqlamalarında ölkəmizin sülhə, barışa, əməkdaşlığa tərəfdar olduğunu vurğulayıb. Artıq müharibə bitib. İndi sülh haqqında danışmaq lazımdır. Dünya Azərbaycanın sülh mövqeyini görür və təqdir edir.

DİA.AZ xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat Ermənistan tərəfinin isə davranışlarından onun sülh istiqamətində heç bir addım atmaqda maraqlı olmadığını söyləyib:

“Qarşı tərəf yenə də davakar, faşist xislətindən, qonşularına qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil. Ermənistan rəhbərliyi, siyasətçiləri işğalçılıqdan, ərazi iddialarından danışır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər. Qardaş Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edir. Belə olan halda Azərbaycan üçün ən yaxşı müdafiə elə müharibəyə hazır olmaqdır”.

Millət vəkili hesab edir ki, Azərbaycan müharibə istəməsə də, hər zaman buna hazırdır:

“Azərbaycanı buna Ermənistanın hələ də davam edən işğal niyyəti və ona havadarlıq edənlərin bədnam yanaşmaları vadar edir. Əslində Azərbaycan müharibə tərəfdarı olan dövlət deyil. Ermənistan tərəfi də bəyan edir ki, Azərbaycan müharibəyə hazırlaşır. Sözsüz ki, biz dövlət olaraq maharibəyə hazırıq, amma müharibə istəmirik. Ermənistanın iddialarına qarşı Azərbaycan məhz bu mövqedə dayanır”.

Elman Məmmədovun fikrincə, 10 noyabr 2020-ci il bəyanatının müddəalarının icra edilməməsi də Ermənistanın sülh müstəvisində səmimi olmadığı qənaətini daha da möhkəmləndirir:

“Ali Baş Komandan da bu yaxınlarda bir daha bəyan etdi ki, Azərbaycanın Dəmir Yumruğu yerindədir. Bu dəfə isə qarşı tərəfə bu cəza İrəvanda veriləcək. Yəqin ki, onlar bunu dərk etmirlər”.

Geri qayıt