Əsas Səhifə > Partiya, Güney Press > "Əsas məsələ qazilərə psixoloji yardımın təmin edilməsi və onlara xüsusi yanaşmadır"
"Əsas məsələ qazilərə psixoloji yardımın təmin edilməsi və onlara xüsusi yanaşmadır"16-07-2022, 09:21 |
Sabirabad rayonunda , 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi cəmiyyətin bütün təbəqələrindən reaksiyalara səbəb oldu. Bir kəsim icra başçısını, bəziləri müvafiq nazirliyi, bir digəri qazinin videosunu çəkən dostunu, kimiləri medianı, jurnalistləri ittiham etdi. Fakt ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. Qazinin ölümü ilə bağlı günahkar kim çıxacaq? Bu sual hazırda hər kəsi düşündürür. Elvin Cəfərov həyatına qəsd etməmişdən əvvəl problemi olduğunu və bunun həlli istiqamətində müraciətlərinin cavabsız qalmadığını deyir. Həmin video hazırda gündəmdədir. Qazinin intiharı, bu istiqamətdə açılan cinayət işi, icra başçısına qazinin ölümündən öncə səsləndirilən ittihamlar- bütün bunlar nə ilə nəticələnə bilər? Cəzasızlıq olarsa, bu qazilərə qarşı neqativ halları artıracaqmı? dia-az.life-ın məlumatına görə, mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, müharibə iştirakçıları xüsusi psixoloji qrupdur: "Bu qrupla bağlı dövlət səviyyəsində çox ciddi işlər aparılmalıdır. Müharibə iştirakçıları olduqca ciddi psixoloji travma yaşıyırlar. Bu travma onları yanlış addım atmağa vadar edir, kiçik hadisələrə belə daha böyük reaksiyalar verirlər. Müharibə iştirakçılarının hərəkətlərinə xarici qıcığın güclü olması yox, daxildə travmanın olması ilə də izah etmək lazmdır. Bütün bunlara baxmayaraq dövlət, müharibə iştirakçılarının şikayətlərinə baxılması, qəbul edilməsi, onlara münasibət qaydasını adi vətəndaşlardan fərqləndirməyi bacarmalıdır. Bəzən elə hallar olur ki, heç müharibədə iştirak etməyənlər, arxa cəbhədə olmuş insanlar sui-istifadə edirlər”. Sərdar Cəlaloğlu qeyd etdi ki, dövlət müharibə iştirakçıları ilə bağlı tədbirlər görməlidir: “Xüsusilə məmurların müharibə iştirakçılarına münasibəti ilə bağlı təlimatlar verməlidir. Hadisələrə yalnız məmur özbaşınalığı kimi baxmaq doğru deyil. Heç bir sağlam insan intihara əl atmır. İntihar edən adamlarda ciddi psixoloji problemlər var. Əsas məsələ qazilərə psixoloji yardımın təmin edilməsi və onlara xüsusi yanaşmadır. Bu qrup insanlara dövlət xüsusi diqqət yetirməlidir əks təqdirdə həm cəmiyyət, həm də özləri üçün ciddi təhlükə yarada bilərlər.” Geri qayıt |