Əsas Səhifə > Partiya, Güney Press > "Nə elmi adına, nə sosial statusuna, nə də ki, peşəsinə yaraşmır"

"Nə elmi adına, nə sosial statusuna, nə də ki, peşəsinə yaraşmır"


25-07-2022, 09:17
"Nə elmi adına, nə sosial statusuna, nə də ki, peşəsinə yaraşmır"
Milli Məclsin üzvü akademik Ziyad Səmədzadənin “Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalisinin 40 faizi yoxsuldur” fikirlərinə iqtisadçı alim Qubad İbadoğlu şərh verib.

Deputatı qüsurlu müqayisə aparmaqda qınayan Qubad İbadoğlu onu savadsızlıqda da ittiham edib.

DİA.AZ gununsesi.info-ya istinadla iqtisadçı alimimin bu barədə qeydlərini təqdim edir:

Bu qüsurlu müqayisəni iqtisadiyyat sahəsinin akademiki deyil, dilçi alim etsəydi görməməzlikdən üzərindən keçərdim. Əslində iqtisadiyyat fakultəsinin 2-ci kurs tələbələri də bilir ki, paralel apararkən öncə göstəriciləri müqayisəli şəkilə salmaq lazımdır. Bu halda da Azərbaycan və Nigeriya arasında illik neft hasilatı deyil, adambaşına düşən neft istehsalı müqayisəyə gələn göstəricidir.
Beynəlxalq enerji agentliyinin icmalına görə 2022-ci ilin iyun ayında Nigeriyada gündəlik neft hasilatı 1 milyon 238 min barel, Azərbaycanda gündəlik neft hasilatı isə 632,4 min barel olub. Nigeriyanın əhalisi 216,6 milyon, Azərbaycanın əhalisi 10,3 milyon nəfərdir. Deməli, adambaşına gündəlik neft hasilatl Nigeriyada 0,0057 barel, Azərbaycanda isə 0,061 bareldir. Yəni Azərbaycanda adambaşına düşən neft hasilatı Nigeriyadan 10,7 dəfə çoxdur. Belə olan halda da hətta yalnız bu faktoru nəzərə alanda Azərbaycanda yoxsulluq Nigeriyadan ən azı 10 dəfə az olmalıdır. Lakin, Dünya Bankının son hesablamalarına (2016-cı il) görə, Azərbaycanda əhalinin 19 faizi yoxsuldur, bu isə Nigeriyanın göstəricisindən bir az aşağıdır.
Onu da qeyd edim ki, Nigeriyadakı yoxsulluqla Azərbaycandakı yoxulluğun hesablanma metodoligiyası da fərqlidir. Nə isə adam yaltaqlananda da elə yaltaqlanmalıdır ki, peşəsinə xələl gəlməsin. Ziyad Səmədzadənin belə yaltaq açıqlaması nə elmi adına, nə sosial statusuna, nə də ki, peşəsinə yaraşmır.

Geri qayıt