Əsas Səhifə > Partiya, Güney Press > İqbal Ağazadədən Etibar Məmmədova SƏRT TƏPKİ:
İqbal Ağazadədən Etibar Məmmədova SƏRT TƏPKİ:1-08-2022, 10:59 |
“Etibar Məmmədov boyundan böyük şeylər danışır”. DİA.AZ xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Ümid partiyasının sədri İqbal Ağazadə AMİP lideri Etibar Məmmədovun fikirlərinə münasibət bildirərkən deyib. Partiya sədri əlavə edib ki, Etibar Məmmədov deyəsən keçmişini unudub, amma biz ona xatırlada bilərik: “Bu xalq Etibarın nə Lefertovadan çıxdıqdan sonra üzərinə qoyulmuş vəzifəni, (AXC-ni parçalamaq), nə Laçın və Şuşanın verilməsindəki, nə də 1993-cü il qiyamındakı rolunu əsla unutmayıb. İstəsə, danışarıq. Siyasətdən hansı şərtlərlə getdiyi də bəllidir. Danışanda ərkanı gözləsin”. Qeyd edək ki, son günlər Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtması və “ana müxalifət” olması barədə söhbətlər gəzir. Hətta belə bir iddia da var ki, Etibar bəy müxalifətin koalisiyasını yaratmaq istəyir. Bu iddialara İqbal bəy kəskin fikir bildirmişdi. Bu fikirlər isə qarşılıqsız qalmamışdı. AMİP lideri bildirmişdi ki, “O kimdir ki, mən onun sözünə münasibət bildirəm. Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm...” Etibar bəyin bu fikirləri isə İqbal Ağazadəni təbdən çıxardıb. Ona görə də biizmlə söhbətində Ümid partiyasının sədri öz fikirlərini əsəbsiz ifadə edə bilmədi. Geri qayıt |