Əsas Səhifə > Partiya, Güney Press > İlqar Məmmədov Vaşinqtonla Bakı arasındakı gərginliyi səmimi hesab etmir
İlqar Məmmədov Vaşinqtonla Bakı arasındakı gərginliyi səmimi hesab etmir30-08-2022, 09:19 |
“ABŞ və Azərbaycan arasında diplomatik qalmaqalın məqsədlərindən biri Emənistan-Azərbaycan danışıqlarının tədricən Moskvadan Brüsselə köç etməsinə Rusiyanın cavabını çaşdırmaqdır”. DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib. “Rusiya baxır görür ki, bir tərəfdən Qərb danışıqlarda aparıcı rolu ondan oğurlayır, digər tərəfdən isə Bakı ilə Qərb arasında məhz elə bu danışıqlarla bağlı qalmaqal yaşanır. Qalır çaş-baş. Xüsusilə də Baş nazirimizin gedib Avrasiya İqtisadi İttifaqı toplantısında müşahidəçi qismində oturması fonunda. Bu, diplomatik oyunumuzun, yuxarıda qeyd etdiyim kimi, Bakıya və Qərbə xidmət edən məqsədidir” – İ.Məmmədov qeyd edib. Geri qayıt |