Əsas Səhifə > Partiya, Güney Press > "Gördüyü gözəl işləri yarımçıq qoydular"

"Gördüyü gözəl işləri yarımçıq qoydular"


3-09-2022, 08:18
"Gördüyü gözəl işləri yarımçıq qoydular"
DİA.AZ: - Göyçay Musiqi Məktəbinin direktoru Rövşən Zamanovun görəvdən alınması və bunun qalmaqallarla müşaiyət olunması ölkə gündəmini məşğul etməkdədir. "Göyçayda Rövşən Zamanov kimi dəyərli bir tarzənin və musiqi məktəbinin direktorunun işdən çıxarılması qanunauyğun sayıla bilər. Ancaq heç cür mədəniyyətə uyğun sayılmaz" deyə olaya reaksiya verən millət vəkili Fazil Mustafa bununla bağlı Mədəniyyət Nazirliyi yetkililərinə etirazını çatdırıb.

DİA.AZ bildirir ki, deputat "Bakıda Əlihüseyn müəllim kimi dəyərli sənət adamını musiqi məktəbindən üç ay öncə belə çıxartdılar. Gördüyü gözəl işləri yarımçıq qoydular. Ay zalımlar, kimi kimlə əvəzləyirsiniz" deyərək eyni zamanda bu kimi durumlarda təqaüd yaşı məsələsinin də yersiz olduğuna işarə edir:

"68 yaşı var, işləyə bilirsə minnətiniz olsun ki, bu cür kadrlar iş başındadır. Sanki adamların bir missiyası var: olan -qalan dəyərli hansı kadr var, sıradan çıxarmaq. Rövşən Zamanov əyalətdə mədəniyyətimizin inkişafında önəmli rolu olan kadrdır, ondan yaralanmaq əvəzinə hörmətsiz şəkildə yola salırlar. Anlaşılan budur ki, yerinə Musiqi Akademiyasını bitirmiş 50 yaşlı savadlı xanım müavini təyin etmək imkanı olsa da kənardan heç bir təcrübəsi olmayan kollec məzunu bir xanımı gətirirlər, o da öz komandası ilə məktəbə yerləşmək istəyir. Bu da kolkektivdə təbii etiraz doğurur. Sonluq bəllidir: naşılar, qabiliyyətsizlər qalib gələcək. Əslində bütün kitabxanalar, teatrlar, muzeylər, kinostudiya, musiqi məktəbi bundan da betər gündədir. Mədəniyyət sahəsini tam bir yaylaq xaosuna sürükləyiblər..."

Geri qayıt