Əsas Səhifə > Partiya, Güney Press > Şairin şeir kimi prozası
Şairin şeir kimi prozası3-09-2022, 08:21 |
Həssas və ekzistensional şair Baba Vəziroğlu bir intervüsündə dostu bir naziri müdafiə etmək məqsədilə coşub-daşıb. Nəsr fazasına keçib: "Azərbaycanda reket jurnalistlər az deyil. Bunun köklərinə getmirəm, başqa söhbətdir. Yəqin, elələrinin də dolanışığı, çörəyi bundan çıxır. Ya pul qazanmaq başqa cür mümkün deyil, ya da halal yolla pul qazanmağa qabiliyyətləri, istedadları çatmır. Haradansa verilən bir tikə “tula payı” ilə məcazi mənada “hürüşürlər”. “Hürüşmək” sözünü, əstağfurullah, onlara aid etmirəm. Həyətimdə yeddi-səkkiz sahibsiz it var. Məndən bir tikə sümük almaq üçün başımı-beynimi aparırlar, nə qədər hürüşürlər. Sümüyü atan kimi səslərini kəsirlər. Əvvəl bilmirdim ki, onları susdurmağın yolu budur. Artıq bilirəm, ağızlarını açan kimi sümüyü atıram ki, hürməsinlər." İt saxlaynlar gözəl bilirlər ki, həyətdə saxladıqları itin, yaxud itlərin sahibi özləridir. Şairin həyətində yeddi-səkkiz küçə itinin nə işi var? Yəqin ki, artıq itlər də bilir ki, şair qonaqlı-qaralı olur. Sümük bolluğu yaranır. Şairin də səxavətindən olmaz. Sümükləri zibilliyə yox, onların ağzına atır. Şair özündən asılı olmayaraq "bir tikə sümük" ifadəsi də işlədib. Biz ətin ölçüsünə "tikə" deyirik. Sair isə sümüyə tikə deyir. Sahibsiz itlər ünvanı düz tapıblar. Hər gün Baba müəllimi gözləyirlər. Və duyğusal şairin bir intervüsündəki qiymətli sözlər: Jurnalist: Doğrudanmı, şair qəlbli insanlar daha həssas olurlar? Baba Vəziroğlu: Ümumiyyətlə, mənə elə gəlir ki, normal insan həssas olmalıdır. Gönü qalın olmayan insanda həssaslıq hissi mütləq olur. İnsan öz bioloji qohumundan, yəni heyvandan bir neçə xüsusiyyəti ilə fərqlənir. Bu, kədər hissidir, həssaslıq və bir neçə digər xüsusiyyətlər. Normal insanlarda bu hisslərin olması lazımdır. Ona görə də mənim həssas olmağımı, hələ üstəlik bir balaca cızma-qara etməyimi də şairliyimin üstünə gəlsəm, təbii ki, həssas adamam. Tamamilə doğrudur. Küçə itlərinə atdığı sümüklər böyük həssaslıq nümunəsi deyilmi? Etibar Əliyev millət vəkili DİA.AZ Geri qayıt |