Əsas Səhifə > Partiya, Güney Press > "Bunun adı mənəvi murdarlıq və riyakarlıqdır"
"Bunun adı mənəvi murdarlıq və riyakarlıqdır"9-09-2022, 08:13 |
Biri var, onun kimi neçə dənə ikiayaqlı da var. Deməli, səhifələrinə baxıram. Əslində təəccüblənmirəm. Amma riyakar olduqlarını göstərmək üçün bunu qeyd etməliyəm. 1. Bunlar elə tipdirlər ki, hələ münaqişə vaxtı Xocalı faciəsinin adını ağızlarına almırdılar, səhifələrində isə bir dənə də soyqırımıya aid foto yoxdur. 2. Bunlar elə məxluqdurlar ki, münaqişə zamanı Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalar olanda, İrəvanın ətəyindən öpən bir mövqedə dayanırdılar. 3. Bunlar elə xarakterə sahibdirlər ki, Ermənistan 44 günlük müharibədə Azərbaycanın mülki əhalisini raket atəşlərinə tutanda, susurdular. 4. Bunlar elə xəstə təxəyyülə malikdirlər ki, Ermənistan Rusiyanın əlalatısı olsa da, daim onu müdafiə ediblər, burada nədənsə Qərb yada düşmürdü. 5. Bu postu yazmağa vadar edən müşahidələrim oldu. Həmişə düşünmüşəm ki, bəlkə insan soyuqqanlıdır, hər şeyə münasibət bildirmir, kədərini gizlədir, ona görə də Azərbaycanın məruz qaldığı dəhşətləri içərisində çəkir. 6. Ancaq Ukraynada müharibə başlayandan sonra, fikir verdim ki, bu zat(lar) hətta Ukraynadan köhnə fotoları paylaşıb insanların halına acıyan bir təəssürat yaratdı. 7. Əslində onlar insan ölümlərinə heyfslənmirlər, əksinə bu cür müharibələr onların qazanc mənbəyidir, çünki böyük bir savaş ideoloji müstəvini körükləyir və bu platformaya da yaxşı pullar xərclənir. Bunlar da öz nəsibini alırlar. 8. Azərbaycan Laçın şəhərinə nəzarəti bərpa etdi, bunlar elə məxluqdurlar ki, bir kəlmə də yazmadılar. 9. Medianın tərəfsizliyi nədənsə bu insanların ancaq Qarabağ münaqişəsi zamanı yadına düşürdü, hətta "erməni əsgər məhv edildi" ifadəsi bunların orqanlarına sancı salırdı. 10. Lakin Ukrayna müharibəsində bəh-bəhlə "Rus əsgərlər məhv edildi, gəbərdildi" ibarələrini coşqunluqla tirajladılar. İnsan prinsipləri əsas tutursa, bunu hər yerdə ifadə etməlidir. Özümüzə gələndə kor, lal, kor olanların, indi birdən-birə canfəşanlığının adı mənəvi murdarlıq və riyakarlıqdır. Aqşin Kərimov Geri qayıt |